Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

2015-ci ilin gülən üzləri - fotolar

2015-ci ilin gülən üzləri - fotolar

Date: 28 December 2015 19:26

2015-ci il dünya liderlərinin və tanınmışların maraqlı gülüşləri ilə də yadda qalıb.
 
Axşam.az xarici mətbuata istinadən yola salmaqda olduğumuz qoyun ilinin gülən üzlərini təqdim edir:

Paraqvaylı müharibə veteranı Anakleto Eskobar 100-cü ad gününü qeyd edir. 1930-cu illərdə müharibədə olan Eskobarla xanımına bu münasibətlə ev hədiyyə olunub. Daha əvvəl heç vaxt şəxsi evləri olmayan cütlüyün sevinci obyektivlərə belə düşüb.


 
ABŞ prezidenti Barak Obama Efiopiyada bir ərzaq fabrikini gəzərkən media nümayəndələrinin taxdıqları saç aksesuarları ilə əylənərkən.



İranın xarici işlər naziri Cavad Zərif İsveçrənin Cenevrə şəhərində ABŞ-lı həmkarı Con Kerri ilə görüşdən əvvəl müxbirlərlə zarafatlaşarkən.



Kanadanın yeni baş naziri Castin Trudaeu vəzifə verdiyi nazirlərdən biri Nacdip Bainsi andiçmə mərasimində təbrik edərkən.


 
“Barselona”nın təcrübəli oyunçuları Suarrez, Neymar və Messi “Atletiko Madrid”lə oynadıqları maçda qol sevinci yaşayarkən. Maç 3:1 “Barselona”nın xeyrinə bitmişdi.



Tibetin ruhani lideri Dalay Lama və alim Volter Mank Kaliforniya Universitetində qatıldıqları tədbirdə.



Kembric hersoginyası Keyt Midlton və qaynı şahzadə Harri qatıldıqları xeyriyyə tədbirində.


 
İngiltərə kraliçası II Yelizavetta at yarışını izləyərkən.


 
Şimali Koreya lideri Kim Çen İn paytaxt Pxenyanda əsgərlərin yürüşünü izləyərkən.


 
Papa Fransis Vatikanda.


Tags:  2015-ci ilin gülən üzləri fotolar

RƏYLƏR


Top news