Türkiyənin Baş naziri Serbiyada səfərdədir

Türkiyənin Baş naziri Serbiyada səfərdədir
19:28 28 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Belqrad, 28 dekabr, AZƏRTAC
Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Serbiyaya səfəri başlayıb.
İki günlük səfər çərçivəsində Türkiyə Baş nazirinin Serbiyanın dövlət və hökumət rəsmiləri ilə görüşləri, habelə Serbiya-Türkiyə biznes forumunda iştirakı nəzərdə tutulub.
Səfərin ilk günündə Serbiyanın Baş naziri Aleksandr Vuçiç ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin müxtəlif aspektləri diqqət mərkəzində olub.
Söhbət zamanı Əhməd Davudoğlu Serbiyada türkiyəli investorlar üçün əlverişli şəraitin yaradıldığını və iki ölkə arasında ticarət dövriyyəsinin həcminin sürətlə artdığını qeyd edib. Bildirib ki, Türkiyə şirkətləri Serbiyada fəaliyyətlərini genişləndirməyə böyük maraq göstərir.
Türkiyə ilə Serbiya arasında yaxın dostluq əlaqələrinin olduğunu deyən A.Vuçiç vurğulayıb ki, iqtisadi əməkdaşlığı genişləndirmək və türkiyəli investorları ölkəsinə cəlb etmək üçün Serbiyanın böyük potensialı var.
Qeyd edək ki, Serbiya-Türkiyə biznes forumu hər iki ölkədən təxminən 500 iş adamını bir araya gətirəcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_Bas_naziri_Serbiyada_seferdedir-915072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR