Bakıda avtobus sürücüsü çətin vəziyyətə düşüb.
Milli.Az-ın müxbiri bildirir ki, Bakı metrosunun "Neftçilər" stansiyasının körpü istiqamətindəki çıxışında 32 saylı avtobus "ilişib". Sürücü ortadakı ayırıcı xətti keçmək istəyərkən öz "bacarıqlarını" və nəqliyyat vasitəsinin imkanlarını nəzərə almadığından avtobus daşlara ilişib qalıb. Boş avtobusun sürücüsü düşdüyü məngənədən çıxmaq üçün yardım gözləyir.
Əfqanə Əliyeva
Milli.Az