Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Dekabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Dekabr

Date: 28 December 2015 20:14

GÜNÜN ŞƏRHİ

 

2016-cı il hər mənada Rusiya-Türkiyə münasibətləri üçün ağır il olacaq. Putin sanksiyalar paketini imzaladı, artıq növbə Türkiyədədir. Qardaş ölkənin atacağı addımlar təxminən məlumdur, Ankara dövlətlərarası sazişlərin icrasını dayandıra, ən əsası Kremllə enerji sahəsində əməkdaşlıqdan imtina edə bilər. Təkcə Akkuyu atom-elektrik stansiyasının inşası hüququnun Rusiyadan alınması Moskva üçün 20 milyard dollarlıq investisiya imkanından məhrum olmaq deməkdir. Lakin Ankaranın hələlik gözləmə mövqeyi tutacağı daha real görünür. Təyyarənin vurulmasından sonra başlayan “soyuq müharibə”də Türkiyə qarşı tərəfi qıcıqlandıracaq addımlardan çəkinib və barışıq üçün həmişə ayaq yeri saxlayıb. Ankara münaqişənin miqyasının böyüməsini və özəlliklə öz sərhədlərinə boyunca yayılmasını istəmir. Gələn il Türkiyə-Ermənistan münasibətlərinin daha da gərginləşməsi, üstəlik sərhəd boyunca təxribatların mümkünlüyü baxımından gərgin il olacaq. 2016-cı ildə Rusiyanın Türkiyəyə qarşı daha çox Ermənistan kartı üzərindən oynamağa çalışacaq ki, bunu Ankarada yaxşı anlayırlar. Onu da anlayırlar ki, Ermənistan kartının aktivləşməsi Cənubi Qafqazda da proseslərin gedişini ən müxtəlif istiqamətlərə yönəldə bilər. Bu vəziyyəti biz də yaxşı-yaxşı təhlil etməyə həm borclu, həm də məcburuq.

 

Vüqar MƏSİMOĞLU

 

Tags:  Sevinc Vaqifqızı Ana xəbər bloku 28 Dekabr

RƏYLƏR


Top news