Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hacı Nuran saxtakarları ifşa etdi (FOTO)

Hacı Nuran saxtakarları ifşa etdi (FOTO)

Date: 28 December 2015 20:31

Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynovun adına "Facebook"da saxta hesab açılıb.

ANS PRESS-in məlumatına görə, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı sosial şəbəkədə bu barədə yazıb: “Əziz dostlarım, şəkildə gördüyünüz səhifə mənim rəsmi səhifəm deyil. Kimsə Ukraynanın Kiyev şəhərindən olan bir kəs mənim adımdan səhifə açıb və istifadə edir. Orada olan yazılar mənə məxsus deyil. Ora nə mesaj yazın, nə o səhifəni bəyənin. Şərh yazmayın, səhifəni “qara siyahı”ya salın”.


Hacı Nuran Hüseynovun "Facebook" səhifəsi

Limfaqranulematoz xəstəliyindən əziyyət çəkən Nuran Hüseynov Avstriyada, Filippində və Almaniyada müalicə alıb. Xəstəliyin müalicəsi böyük maliyyə vəsaiti tələb edir. Nurana kömək məqsədilə onun dostları və həmkarları dəfələrlə xeyriyyə aksiyaları keçiriblər.


Hacı Nuran əməliyyata hazırlanarkən

Nuran Hüseynov xeyriyyəçilik mövzusunda televiziya verilişləri vasitəsilə sağlam həyat tərzinin təbliği üçün gördüyü işlərlə daha çox Hacı Nuran kimi tanınır. İdmana böyük marağı var, 13 il üzgüçülüklə və 2 il şahmatla məşğul olub. “Bakı-2015” Birinci Avropa Oyunlarının Ulduz Elçilər komandasının üzvü olub.

Tags:  Hacı Nuran saxtakarları ifşa etdi FOTO

RƏYLƏR


Top news