Davudoğlu: "Bunu qəbul etmirik"

Davudoğlu: "Bunu qəbul etmirik"
20:42 28 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

"Bizə daxil olan məlumatlara görə, Fərat çayının qərb sahillərini ələ keçirən silahlılar PYD qüvvələri deyil".

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə baş naziri Əhməd Davudoğlu deyib. "Suriyadakı rejimlə əlbir olan PYD kimi qüvvələrin bu ölkədə cərəyan edən hadisələrdə iştirak etməsini qəbul etmirik. PYD Türkiyədə terror aktları həyata keçirən PKK-nın bir parçasıdır. Tışrin su anbarı ətrafında baş verən hadisələri yaxından izləyirik. Türkiyəyə qarşı düşmən mövqe sərgiləyən heç bir ünsürün Fərat çayının qərb sahillərinə keçməsinə müsbət yanaşmırıq. O cümlədən, PYD-nin timsalında da bunu vurğuladıq. Hazırda Hələbin şimalında, Tışrindən Cerablusa qədər olan ərazilərdə gərginlik hökm sürür. PYD-nin Tışrin ətrafında yerləşən əraziləri ələ keçirmədiyindən əminik. Sözügedən bölgədə isə koalisiya qüvvələri daha üstün mövqeyə malikdir", - Davudoğlu vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR