“Atletikada liderlik və mükəmməllik proqramı” uğurla davam edir

“Atletikada liderlik və mükəmməllik proqramı” uğurla davam edir
20:43 28 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Atletika Federasiyasının Milli Olimpiya Komitəsi, Gənclər və İdman, habelə Təhsil nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Atletikada liderlik və mükəmməllik proqramı” (LEAP-2017) çərçivəsində məktəblilər üçün nəzərdə tutulmuş təlimlər davam edir.
AZƏRTAC xəbər verir ki, atletika vasitəsilə gənc liderlərin yetişdirilməsinə xidmət edən LEAP-2017 proqramı çərçivəsində növbəti təlimlər 178, 189-190 və 276 nömrəli orta ümumtəhsil məktəblərində keçirilib. Şagirdlərin davamlı idmanla məşğul olmasını təşviq etmək və onların liderlik xüsusiyyətlərinin artırılmasına xidmət edən təlimlərdə VIII-X siniflərdən ümumilikdə 100-dən çox məktəbli qatılıb. Təlimlər ilin sonunadək digər orta ümumtəhsil məktəblərində də davam edəcək.
İdmanın atletika növünə daxil olan şən, təhlükəsiz və mütəhərrik oyunlardan ibarət praktiki təlimi şagirdlər üçün Britaniya Atletika Assosiasiyasının cari ilin martında Bakıda təşkil etdiyi təlim kurslarını bitirmiş fiziki tərbiyə müəllimləri keçiblər. Təlimlərə müxtəlif orta və Uşaq-Gənclər İdman məktəblərindən 14 məşqçi-müəllim qatılıb.
2017-ci ildə Londonda keçiriləcək atletika üzrə dünya çempionatının sosial idman irsini təşkil edən LEAP-2017, “UK Sport” və Britaniya Atletika Assosiasiyasının birgə proqramıdır. Layihədə iştirak edən məşqçi-müəllimlərdən ən yaxşısı 2017-ci ildə Londonda keçiriləcək atletika üzrə dünya çempionatında iştirak etmək hüququ qazanacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Atletikada_liderlik_ve_mukemmellik_proqrami_ugurla_davam_edir-915092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR