Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının 6 qəsəbəsində qaz olmayacaq

Bakının 6 qəsəbəsində qaz olmayacaq

Date: 28 December 2015 20:47

Paytaxtın Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 219 millimetrlik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə dekabrın 29-da saat 9-dan 18-dək Sabunçu rayonunun Bakıxanov, Balaxanı, Bilgəh, Maştağa, Pirşağı və Kürdəxanı qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Milli.Az


Tags:  Bakının qəsəbəsində qaz olmayacaq


RƏYLƏR


Top news