Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

457 milyon avroluq müqavilə

457 milyon avroluq müqavilə

120 milyon avroluq transfer - Konte coşdu (18 Mart 2017 14:17)
"Barselona"dan Messiyə inanılmaz təklif (06 Mart 2017 17:47)
"Real"a yeni təklif - REKORD (15 Fevral 2017 10:57)

Tarix: 28 Dekabr 2015 20:51

Yetişdirdiyi futbolçuları fantastik qiymətə satmaqla böyük pullar qazanan "Portu" daha bir uğurlu müqaviləyə imza atıb.

ANS PRESS-in məlumatına görə, Avropanın "futbolçu fabriki" hesab olunan Portuqaliya klubu bu müqavilə sayəsində büdcəsini dolduracaq.

MEO şirkəti qarşıdakı 7 ildə "Portu"nun forma sponsoru olacaq. Müqavilə həmçinin 10 il müddətində klubun ev oyunlarının yayım hüququnu da bu şirkətə verib. Əvəzində "Portu" 457 milyon 500 min avro qazanacaq.


"Portu" klubu

Qeyd edək ki, ötən ay "Benfika" da bənzər müqavilə imzalamışdı. Portuqaliya mediası "Sportinq"in də oхşar müqavilə imzalamağa hazırlaşdığını yazır.

Teqlər:  457 milyon avroluq müqavilə



RƏYLƏR


Top xəbərlər