Azərbaycan Tələbələr Birliyinin Hacıqabul və Kürdəmir rayonlarında reallaşdırdığı layihəyə yekun vurulub

Azərbaycan Tələbələr Birliyinin Hacıqabul və Kürdəmir rayonlarında reallaşdırdığı layihəyə yekun vurulub
20:58 28 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Tələbələr Birliyinin (ATB) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhlükəsiz yol - təhlükəsiz həyat” layihəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Hacıqabul və Kürdəmir rayonlarında reallaşdırılan layihənin əsas məqsədi gənclərin yol hərəkəti qaydaları barədə daha geniş məlumatlandırılması, məktəblər, bələdiyyələr və yol polisi idarələri arasında bu sahədə əməkdaşlığın gücləndirilməsi ilə maarifləndirmə işini gücləndirmək olub.
Hər iki rayonda keçirilən tədbirlərdə iştirak edən IX-XI sinif şagirdlərinə yol təhlükəsizliyi, piyadaların təhlükəsizliyini təmin etmək üçün bilməli olduqları qaydalar barədə məlumatlar verilib, onların sualları cavablandırılıb.
ATB yol qəzalarının qarşısını almaq məqsədilə gənclər arasında maarifləndirmə kampaniyasının aparılması istiqamətində silsilə tədbirləri davam etdirir. Birlik maarifləndirmə kampaniyası çərçivəsində gənclər vasitəsilə digər yaş qrupundan olan insanlar arasında da məlumatlandırma işinin aparılmasını və bu sahədə yüksək səviyyədə vətəndaş iştirakçılığına nail olmağı qarşıya əsas məqsəd olaraq qoyub.
Layihə çərçivəsində, həmçinin müxtəlif müsabiqələr, forumlar da təşkil edilib. Həmin tədbirlərdə iştirak edən gənclər yol təhlükəsizliyi, yol qəzalarının qarşısının alınması ilə bağlı “informasiya elçiləri”nə çevriliblər. Həmin “informasiya elçiləri” yaşadıqları icmalarda maarifləndirmə işinin aparılmasını təmin edəcəklər.
Birlik Hacıqabul və Kürdəmir rayonlarının ölkənin əsas magistral yolları üzərində yerləşdiyini, yol-nəqliyyat qəzalarının bu rayonlarda tez-tez baş verdiyini nəzərə alaraq, maarifləndirmə kampaniyasına məhz bu iki rayondan start verib. Kampaniyanın digər şəhər və rayonlarda da həyata keçirilməsi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Telebeler_Birliyinin_Haciqabul_ve_Kurdemir_rayonlarinda_reallasdirdigi_layiheye_yekun_vurulub-915095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR