Xarici valyutanın qanunsuz mübadiləsi ilə məşğul olan şəxslərə qarşı sərt tədbirlər görülür

Xarici valyutanın qanunsuz mübadiləsi ilə məşğul olan şəxslərə qarşı sərt tədbirlər görülür
21:03 28 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirən üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov AZƏRTAC-a bildirib ki, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan bu cür hərəkətlərin qarşısının alınması sahəsində əlavə tədbirlərə dair daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən xüsusi göstəriş imzalanıb.
Həmin göstərişdə Mərkəzi Bankın İdarə Heyətinin 2006-cı il 28 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları”nın tələblərini pozmaqla müvafiq icazəsi olmadan qanunsuz fəaliyyət göstərən mübadilə yerlərinin aşkarlanması məqsədilə aidiyyəti qurumlarla birgə qanunvericiliyə əsasən operativ tədbirlərin, o cümlədən valyuta tənzimi haqqında mövcud qanunvericiliyi pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasını və ya dəyişdirilməsini həyata keçirən şəxslərin müəyyənləşdirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə uyğun olaraq (inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cərimə) müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
“Artıq göstərişin tələblərinə uyğun olaraq, polis əməkdaşları tərəfindən xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirilməsinə qarşı tədbirlərə başlanılıb və bu işlə məşğul olan 3 nəfər saxlanılıb. Eyni zamanda, vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, göstərilən istiqamətdə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək”, - deyə S.Gözəlov vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xarici_valyutanin_qanunsuz_mubadilesi_ile_mesgul_olan_sexslere_qarsi_sert_tedbirler_gorulur-915099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR