Gədəbəy sakini ehtiyatsızlıqdan xəsarət aldı

Gədəbəy sakini ehtiyatsızlıqdan xəsarət aldı
21:12 28 Dekabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gədəbəydə bədbəxt hadisə baş verib. Rayonun Pərizamanlı kənd sakini 45 yaşlı Ərəstun Həsənov evdə təsərrüfat işləri ilə məşğul olan zaman kəsici alətlə ehtiyatsız davranaraq, özünə xəsarət yetirib. Ağır yaralanan zərəçəkən Gədəbəy Rayon Mərkəz Xəstəxanasına, oradan isə Gəncə Şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. 45 yaşlı kişiyə sol bazu sümüyünün və yumşaq toxumasının kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub və o, əməliyyat edilib.

Hazırda həkimlər Ərəstun Həsənovun vəziyyətini orta ağır qiymətləndirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/393693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR