QHT-lərin üzləşdikləri bir sıra problemlərin həllinə başlanılıb

QHT-lərin üzləşdikləri bir sıra problemlərin həllinə başlanılıb
21:18 28 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, deputat Azay Quliyev iclasın gündəliyində rəhbərlik etdiyi qurumun 2015-ci ildəki fəaliyyəti və Şuranın hüquq və monitorinq komissiyasının hesabatının müzakirəsi olduğunu bildirib.
Katibliyin icraçı direktoru Fərasət Qurbanov Şuranın bütün strukturlarının 2015-ci il ərzində məhsuldar çalışdığını və üzərlərinə düşən işi uğurla yerinə yetirdiyini deyib. O, Şuranın media orqanlarının cari ildə də QHT-lərə məlumat dəstəyi verdiyini qeyd edib. Eyni zamanda, Şuranın QHT-lərə konsultativ dəstəyinin də davam etdirildiyini vurğulayan icraçı direktor yalnız son bir ayda müxtəlif mövzular üzrə 7 təlimin təşkil olunduğunu bildirib. Aprelin 24-də və sentyabrın 23-də Şuranın Apelyasiya Komissiyası 13 QHT-nin müraciətinə baxaraq müvafiq qərar qəbul edib. Şuranın elektron və çap kargüzarlıq işində də cari ildə bir sıra yeniliklər tətbiq olunub. F.Qurbanov 2016-cı il yanvarın 15-də Şuranın 2015-ci ildəki fəaliyyəti ilə bağlı ictimaiyyətə geniş hesabatın təqdim olunacağını bildirib.
Şura üzvü Əliməmməd Nuriyev rəhbərlik etdiyi hüquq və monitorinq komissiyasının QHT-lərin fəaliyyətində ortaya çıxan məsələlərin həllinə yardımçı olmaq, QHT qanunvericiliyinə edilən əlavə və dəyişikliklərlə bağlı təşkilatlara zəruri hüquqi yardım göstərmək məqsədilə Ədliyyə Nazirliyi, Mərkəzi Bank, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Fransanın ölkəmizdəki səfirlikləri, Fridrix Nauman Fondu, Açıq Cəmiyyət İnstitutu və bir çox başqa dövlət qurumları və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etdiyini deyib.
İclasda gündəlikdəki məsələlər ayrılıqda səsə qoyularaq qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/QHT_lerin_uzlesdikleri_bir_sira_problemlerin_helline_baslanilib-915103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR