Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Avrasiya Birliyi: təriflənən, amma puç illüziya

Avrasiya Birliyi: təriflənən, amma puç illüziya

Tarix: 28 Dekabr 2015 21:32

Avrasiya illüziyası Belarus, Qazaxıstan və Rusiya 2015-ci il yanvarın 1-də Moskvanın keçmiş Sovet ölkələrini geri qaytaracağını ümid etdiyi ticarət bloku olan Avrasiya İqtisadi Birliyinin fəaliyyətini rəsmi olaraq başlatdı.
Bu, uğursuz bir təşəbbüs idi. AİB sadəcə bir illüziyadır və inandırıcı deyil. İyirmi ildir ki, Rusiya keçmiş Sovet dövlətlərinin Avropa Birliyində olduğu kimi bərabərhüquqlu tərəfdaşlar olaraq inteqrasiyasını tələb edir. Bu məqsəd istiqamətində göstərilən əvvəlki səylərə Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistan ölkələrinin daxil olduğu, artıq olduqca passiv olan ittifaq Müstəqil Dövlətlər Birliyi də daxil idi.

Tanınmış politoloq Valeri Tsepkalo "Foreign Affairs"da dərc olunmuş məqaləsində bildirir ki, Rusiya 2010-cu ildə yeni bir cəhd göstərərək nəhayət Belarus və Qazaxıstanla Gömrük İttifaqının yaradılmasına nail oldu və AİB-in yaradılmasının əsasını qoydu. Moskva lap əvvəldən təşkilatın iqtisadi planının ən sonda siyasi inteqrasiyaya gətirib çıxaracağını ümid etdiyini bildirmişdi.

Ancaq bərabər şərtlər altında bütün ölkələr üçün faydalı inteqrasiya ideyası həmişə aldadıcı olub.

Bu təşkilata üzv ölkələrin iqtisadi uyğunsuzluqlarının digər ölkələrin ikinci dərəcəli olmaları ilə Rusiya üçün əlverişli olacağı AİB fəaliyyətə başlamazdan xeyli əvvəl məlum idi. Rublun dəyərinin dekabr ayında düşməsindən əvvəl birliyin ÜDM-nin 87%-i, birliyə daxil olan ölkələrin əhalisinin isə 83%-i Rusiyanın payına düşürdü.
Rusiyanın iqtisadiyyatı ilə bağlı ən pis proqnozlar belə 2015-ci ildə öz təsdiqini tapır, belə ki, ölkənin ÜDM-i 8%-ə qədər azalır, inflyasiya 20%-ə qədər artır və ölkədən kapital çıxışı 150 milyard dollara çatır, bununla belə, ölkə AİB-in ümümi iqtisadi çəkisinin dörddə üçünü təşkil edərək üstünlüyü əldə saxlayacaq.
AİB-in yanvarın 2-də birliyə daxil olan Ermənistanı sürətlə özünə çəkməsi disbalansın aradan qaldırılmasına elə böyük bir təsir göstərmədi, çünki ölkənin ÜDM həcmi 10 milyard dollardır (bu da AİB ölkələrinin bütün ÜDM-nin 1%-dən belə azını təşkil edir) və ölkə ümumi bazara yalnız 3 milyon əhali əlavə edir (bu isə AİB ölkələrinin ümumi əhalisinin təxminəm 2%-nə bərabərdir).
Bu ilin may ayında birliyə daxil olan Qırğızıstan AİB-ə əsasən Çin məhsullarının Qazaxıstan və Rusiyaya yenidən ixrac edilməsindən asılı olan zəif bir iqtisadiyyat gətirəcək və fayda gətirmədən ortaq xərcləri artıracaq.

AİB-ə gəlir gətirilməsinin yeganə yolu Ukraynanın təşkilata qoşulması ola bilərdi, ancaq Rusiya Krımı işğal etməsilə bu şansı itirdi. Daha önəmlisi odur ki, AİB-də birliyin iqtisadi potensialının nə qədər az olduğunu göstərə biləcək orqanlar yoxdur. Ölkə rəhbərləri arasında keçirilən yüksək səviyyəli görüşlərdən başqa faktiki inteqrasiya üsulları lazımi səviyyədə tətbiq olunmayıb. İttifaqın tənzimləyici orqanı olan Avrasiya İqtisadi Komissiyası və məhkəməsi daxil olmaqla AİB-ə daxil olan orqanların heç birinin ittifaqın siyasətini formalaşdırmaq və qərarlara təsir göstərmək səlahiyyəti yoxdur.
AB-nin bütün üzvlərinin qərarlarına riayət etməli olduğu idarəetmə orqanlarından fərqli olaraq, AİB-in orqanlarının yalnız məsləhət xarakterli səlahiyyətləri var, qərarların həyata keçirilməsi üçün isə siyasi səlahiyyətləri yoxdur.
Bundan başqa, AİB-ə üzv olan dövlətlərin heç biri səlahiyyətləri suverenliklərini məhdudlaşdıracaq fövqəlmilli orqanlara həvalə etməyə hazır görünmür. İstənilən halda, AİB-i Rusiyanın gücünü artırmaq üçün bir vasitə hesab edən Rusiya prezidenti Vladimir Putinin daha kiçik ölkələrə bu cür orqanlara başçılıq etmələri üçün səlahiyyət vermə ehtimalı yoxdur.
Əksinə, AİB orqanları, çox güman ki, əslində böyük fəaliyyətlər göstərməsələr də, inteqrasiyanın xaricdən gücləndiyini göstərməyə davam edəcəklər. Belarus və Qazaxıstanın da öz milli iqtisadi sistemlərini əhəmiyyətli dərəcədə dəyişdirmək üçün səy göstərəcəklərini təsəvvür etmək çətindir.
Nəticədə, AİB, çox güman ki, formal tənzimləyici orqanların tamamilə qeyri-fəal olduğu MDB-yə bənzəyəcək. Münaqişəli vəziyyət AİB üzvlərinin üç ildir qoruduğu iqtisadi və siyasi birlik illüziyası Ukraynadakı böhran nəticəsində pozuldu. Rusiya açıq şəkildə Ukraynadakı fəaliyyətinin, eləcə də, sonradan qərb ölkələri ilə sanksiya müharibələrinin əməkdaşları tərəfindən dəstəklənməsini və ya ən azından mane olmamalarını gözləyirdi.

Ancaq ittifaqın sərhədlərindən kənarda baş verən böhran ittifaq daxilində dərin bir böhran başlatdı, bu da üzv dövlətlərin bir-birləri haqqında həqiqətdə nə düşündüklərini göstərdi. Qəribədir ki, AİB üzvlərinin fikir ayrılıqlarının olmasının səbəbi inteqrasiya istiqamətində irəliləyişin olmasıdır.
Belarus və Qazaxıstan ölkələrinin hər ikisi münaqişədə əvvəlcə bitərəf qalmaq istədilər. Buna baxmayaraq, suveren sərhədlər və beynəlxalq hüquqa məhəl qoymayan Moskvadan çəkinərək tərəf tutmaqda ehtiyatlı davranan bu ölkələr Krımın Rusiyaya birləşdirildiyi vaxt narahatlıqlarını bildirdilər və Şərqi Ukraynada separatçı üsyanın başlamasına səbəb oldular. Bundan başqa, Rusiya ilə Qərb ölkələri arasındakı fikir ayrılığı göstərdi ki, Belarus və Qazaxıstandan fərqli olaraq, Rusiya geosiyasi hədəflər üçün iqtisadi inkişaf və daxili sabitliyi qurban verməyə hazırdır.
Ancaq Rusiya və Qərb dövlətləri arasındakı sanksiyalar müharibəsi nəhayət Belarus və Qazaxıstanı mövqe bildirməyə məcbur edib. Rusiya ABŞ və AB tərəfindən qoyulan iqtisadi tədbirlərə cavab olaraq bir üzv ölkənin ticarət siyasətinin bütün üzvlərə təsir etdiyi bir quruluş olan Gömrük İttifaqındakı əməkdaş ölkələrlə məsləhətləşmədən Qərb ölkələrindən gələn bir çox ərzaq məhsullarına embarqo qoydu.

Nə Belarus, nə də Qazaxıstan Rusiyanın Qərb dövlətlərinə qarşı cavab sanksiyalarına qoşulmağa razı oldu. Əksinə, bu ölkələr Rusiya ərazisinə gizli şəkildə Polşadan alma, Fransadan pendir, Almaniyadan mal əti gətirməklə və bununla böyük gəlir əldə etməklə Rusiya ilə açıq ticarət rejimindən öz xeyirlərinə istifadə etdilər.
AB ölkələrindən gələn məhsulların Rusiya ərazisindən keçməklə Belarus vasitəsilə Qazaxıstana göndərilməsi də bu yaxınlarda Moskva tərəfindən qadağan edilib. Ümumiyyətlə, malların çoxu Qazaxıstana göndərilə bilməyib və Rusiyada itirilib. Moskvanın ötən ay ərzində cavab reaksiyası sərhəd nəzarətini yenidən tətbiq etmək və malların tranzit keçidini məhdudlaşdıraraq Gömrük İttifaqının əsas sütununa - malların sərbəst hərəkətinə zərbə vurmaq olub.
Rusiya eyni zamanda bir qrup Belarus istehsalçısını sanksiya tətbiq edilmiş AB məhsullarının yenidən emal edilirmiş kimi göstərilərək Belarus etiketləri ilə satılması ilə qaçaqmalçılığının cəzalandırılması üçün daxili bazardan çıxarıb.

Belarus prezidenti Aleksandr Lukaşenko cavab olaraq Rusiyanın siyasətinin "axmaqlıq" olduğunu və Qərb dövlətləri ilə əlaqələrin normallaşdırılması, eləcə də, viza rejiminin liberallaşdırılması ilə bağlı istəyini bildirib. Rublun dəyərdən düşməsi Rusiya məhsullarının ucuzlaşmasına, bununla da bu mallar üçün Belarus və Qazaxıstan bazarlarında daha çox maraq yaranmasına səbəb olub, bu isə yerli istehsalçılara zərər verir. Belarus və Qazaxıstanın yerli sənayelərini qorumaq üçün proteksionizmə müraciət etmələri lazım gələ bilər, bu da inteqrasiyaya başqa bir zərbə vuracaq.
Daha pisi odur ki, bütövlükdə Rusiya iqtisadiyyatı ölkənin yeni AİB əməkdaşlarını xüsusilə narahat edir. Putin ötən ay prezidentlik çıxışında Rusiyanın Qərb dövlətlərinə qarşı siyasətini dəyişdirməyəcəyini iddia edib. Ancaq AİB-ə üzv olan dövlətlərin heç biri qonşu ölkələrlə perspektivin aşağı düşməsinin tərəfdarı deyil.
Rusiyada iqtisadi böhran daha çox özünü göstərdikcə ölkənin müttəfiqləri də Qərb dövlətlərinə üz tutacaqlar. Əslində, Minsk və Astana artıq seçimləri araşdırmağa başlayıblar. Həm Lukaşenko, həm də Qazaxıstan prezidenti Nursultan Nazarbayev ötən ay Kiyevə səfər edib və yeni Ukrayna hökuməti və bütün Qərb dövlətlərilə dialoqa açıq olduqlarını göstəriblər.

Qazaxıstan kömür daşınması üçün Ekibastuz kömür bazasından Ukraynaya yeni bir marşrutun yaradılması və iki ölkə arasında hərbi əməkdaşlığın canlandırılması barədə razılığa gəlib. Belarus isə "Kiyevdən gələn istənilən tələbi həyata keçirməyə" hazır olduğunu bildirib. Bu irəliləyişlər Avrasiya inteqrasiyasının tezliklə yox olacağı mənasına gəlmir.
Lukaşenko, Nazarbayev və Putin hakimiyyətdə qaldıqları müddətdə inteqrasiyanıın davam etməsinə sözdə bağlı olmağa davam edəcəklər. Ancaq bərabər əməkdaşlıq üçün həqiqi orqanlar və ya imkanlar olmadan bu ittifaq həmin ölkə başçıları hakimiyyətdən getdikləri gün fəaliyyətini dayandıracaq.
Daha açıq desək, AİB Rusiyadakı demokratiyaya bənzəyir: hamı bu ittifaqın ortaya çıxmasını, hətta bəzən "həyat əlamətləri göstərməsini" gözləyirdi, əslində isə bu ittifaq bir illüziya olaraq qalır.

Orxan Hun
Milli.Az


Teqlər:  Avrasiya Birliyi təriflənən puç illüziya



RƏYLƏR


Top xəbərlər