UEFA-nın ən yaxşı qolu Türkiyədə (VİDEO, FOTO)

UEFA-nın ən yaxşı qolu Türkiyədə (VİDEO, FOTO)
22:01 28 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

UEFA-nın sosial şəbəkələrdə keçirdiyi sorğuda "ilin qolu" bəlli olub.

ANS PRESS-in məlumatına görə, 160 minə yaxın izləyicinin iştirak etdiyi sorğuda "Qalatasaray"ın kapitanı Selcuk İnan böyük üstünlüklə qalib gəlib. Səs verənlərin 69 faizi Selcukun İslandiyanın qapısına vurduğu həyati əhəmiyyətli qola üstünlük verib. Messinin Çempionlar Liqasında "Bavariya"ya vurduğu qol 19 faizlə 2-ci olub. "Roma"lı Alessandro Florenzinin ÇL-nin E qrupunda "Barselona"ya vurduğu qol isə 3-cü sırada yer alır.


Səlcuk İnan zərbəni vurmağa hazırlaşır

Qeyd edək ki, Türkiyə - İslandiya qarşılaşmasının 89-cu dəqiqəsində Selcuk İnanın vurduğu qol "ay ulduzlular"ın Avropa Çempionatının final mərhələsində iştirakını təmin etmişdi. Doğma meydanında İslandiyanı 1:0 hesabı ilə məğlub edən Türkiyə yığması ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu qrupda keçirilən digər matçda Qazaxıstanın səfərdə Latviyanı 1:0 hesabı ilə məğlub etməsi türklərin ən yaxşı qrup üçüncüsü olmasına şərait yaradıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR