Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"2016-cı il İŞİD üzərində qələbə ili olacaq"

"2016-cı il İŞİD üzərində qələbə ili olacaq"

Palmira İŞİD-dən tam azad edildi (03 Mart 2017 07:59)

Tarix: 28 Dekabr 2015 22:27

2016-cı il İŞİD üzərində son və qəti qələbə ili olacaq.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.
 
"Əgər 2015-ci il azad edilmə ili idisə, 2016-cı il İŞİD üzərində böyük qələbələr ili olacaq", deyə əl-Abadi bildirib.
 
Onun sözlərinə görə, gələn il İraq ərazisi terrorçulardan tamamilə təmizlənəcək.
 
Qeyd edək ki, bu gün İraq ordusu Anbar əyalətinin ər-Ramadi şəhərini terrorçulardan azad etdiyini bəyan edib. Bundan sonra əyalətin qubernatoru bildirib ki, şəhərin hələ ki 80% ərazisi terrorçulardan təmizlənib. Xatırladaq ki, İŞİD silahlıları ər-Ramadını  2014-cü ildə ələ keçirib.

Milli.Az


Teqlər:  2016-cı il İŞİD üzərində qələbə ili olacaq



RƏYLƏR


Top xəbərlər