Adil Şükürov planları açıqlandı

Adil Şükürov planları açıqlandı
22:57 28 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında qış fasiləsinə 3-cü yerdə çıxan “Zirə”nin hazrlıq planı məlum olub. Fanat.az xəbər verir ki, komanda yanvar ayının 5-də Bakıda bir araya gələcək. 


4 gün Zirə İdman Kompleksində gündə bir dəfə olmaqla məşq edəcək komanda təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Qardaş ölkədəki hazılıq mərhələsinin ilk həftəsində komanda fiziki hazırlıq üzərində çalışacaq. 


Növbəti həftədə isə baş məşqçi Adil Şükürov ümumi texniki-taktiki hazırlığa üstünlük verəcək və komanda yoxlama oyunlarında qüvvəsini sınayacaq. Antalyada “Zirə” 3 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 16, 19 və 22 yanvarda baş tutacaq. Rəqiblərin adı isə yaxın günlərdə məlum olacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-adil-ukurov-planlar-acqland-t46484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR