​Baş katib: "Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanla tərəfdaş statusuna dair memorandum imzalamağa hazırdır"

​Baş katib: "Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanla tərəfdaş statusuna dair memorandum imzalamağa hazırdır"
23:42 28 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycana dialoq üzrə tərəfdaş statusu verməyə dair memorandum imzalamağa hazırdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu ŞƏT-in baş katibi Dmitri Mezentsev bildirib.
D.Mezentsev Rusiyanın xarici işlər naziri Sergey Lavrova "başa çatmaqda olan ildə ŞƏT-də həll olunan mühüm məsələlər" barədə məlumat verdiyini deyib:
"Bəli, qeyd olundu ki, müşahidəçilər ilə qarşılıqlı fəaliyyət üzrə yeni səviyyəyə nail olunub. Buna Çjençjouda (Çin) "6+6" formu üzrə hökumət rəhbərlərinin görüşü mühüm misal ola bilər. Burada müşahidəçi statusu alan Belarus ilk dəfə ümumi müzakirələrdə bərabərhüquqlu səviyyədə iştirak edib. Mən naziri başa çatmaqda olan işlər və gələn ilin əvvəlində Azərbaycan, Ermənistan və Nepala dialoq üzrə tərəfdaşlıq statusunun verilməsinə dair memorandumları imzalamağa hazır olduğumuz barədə məlumatlandırdım".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/bas-katib-sanxay-emekdasliq-teskilati-azerbaycana-terefdas-statusu-vermeye-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR