Avropada ilin qolu - Səlcuk İnan

Avropada ilin qolu -   Səlcuk İnan
23:57 28 Dekabr 2015
44 İdman
Ölkə mətbuatı
A- A+

UEFA "İlin qolu"nu seçib. Fanat.az хəbər verir ki, Türkiyə millisinin üzvü Səlcuk İnanın vurduğu qol ən yaхşı olub.


Bununla bağlı UEFA-nın rəsmi "Twitter" hesabında sorğu keçirib. Avropa çempionatının seçmə mərhələsinin son turunda baş tutan Türkiyə - İslandiya matçının 89-cu dəqiqəsində rəqib qapısına yol tapan Səlcuk İnan "ay-ulduzlular"a qitə birinciliyinin final mərhələsinə vəsiqə qazandırmışdı. UEFA-nın sorğusunda 159106 iştirakçıdan 69 faizi məhz bu qola səs verib.


"Barselona"nın ulduzu Lionel Messinin Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya vurduğu qol ikinci olub. Bu qol 19 faiz səs yığıb. İlk "üçlüy"ü "Roma"dan Alessandro Florenzi qapayıb. Onun Çempionlar Liqasının E qrupunun "Barselona"ya vurduğu qolu 9 faiz səs toplayıb. 



Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avropada-ilin-qolu-t46486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR