Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Böhrandan özümüz çıxmalıyıq (VİDEO)

Böhrandan özümüz çıxmalıyıq (VİDEO)

Date: 29 December 2015 01:31

Ötən həftə dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Azərbaycanda isə manat dollar nisbətdə mövqelərini itirdi. Baş verən bu proseslər nə vaxta qədər davam edəcək və bu prosesləri biz idarə edə biləcəyikmi?

ANS Şirkətlər Qrupunu rəhbəri və sahibkar Vahid Mustafayev “Nəzər Nöqtəsi”ndə bütün bunlara aydınlıq gətirib.

– Vahid müəllim, sizə elə gəlmirmi ki, zaman Azərbaycanı, deyəsən, sınağa cəkir. Və bu sınaqda biz üzüağ çıxa biləcəyikmi?


– Düşünürəm ki, ümumiyyətlə, bizim bütün həyatımız, yəni hər fərdin həyatı yaranan gündən, sonuncu gününə qədər sınaqdan keçir. Fəlsəfi nöqteyi-nəzərdən buna belə yanaşsaq mən burda bir problem görmürəm. Yəqin ki, siz bunu böhranla əlaqəli vurğuluyursuz. Düşünürəm ki, müqayisə aparsaq, mənə elə gəlir ki, bizə vəziyyətdən bir növ çıxış yolu tapmaq üçün daha rahat olardı. Xatırlayırsınızsa, bundan öncə, yəni 2008-ci ildə də çox böyük bir qlobal böhran vardı. Ondan qabaqkı illərdə də böhranlar olmuşdu. Lankin buna baxmayaraq biz hər dəfə Azərbaycan xalqı bir dövlət kimi böhrandan üzüaçıq çıxırdıq və heç bir problem də yox idi. Xatırlayırsınızsa, hətta Azərbaycan xalqı bu böhranı belə hiss etmədi. Lakin o qlobal böhranla bugünkü qlobal böhran arasında bir fərq var. Ötən dəfə o da neftin qiymətinin aşağı düşməsi ilə müşahidə olunurdu. Lakin onun dövrü çox qısa oldu. Yəni bir neçə ay ərzində neftin qiyməti təkrarən öz mövqeyinə qayıtdı. Bu dəfə isə artıq demək olar ki, bir ilə yaxındır ki, neftin qiyməti kəskin bir şəkildə aşağı düşməkdə davam edir. 120 ABŞ dollarında neftin qiyməti artıq 36 dollar düşüb. Bu gün isə “AzərLayt” markalı Azərbaycan neftinin satışında artım qeydə alınıb - 38,50 dollar. Bu tendensiya davam edir. Bir növ cənab prezidentimiz də bizləri ərköyünləşdirib. Biz öyrəşmişik ki, bu böhranlardan asanlıqla keçək. Lakin bu o böhranlardan deyil. Bu böhran artıq siz qeyd etdiyiniz kimi döğrudan da sınağa çəkir. Mənə elə gəlir ki, artıq biz bir xalq olaraq bu imtahandan, bu sınaqdan özümüz çıxmalıyıq. Vaxt olub ki, bundan da çətin vəziyyətlərdə çıxmışıq və çıxacayıq.

- Vahid müəllim, belə bir vəziyyətdə informasiya orqanları hansı addımları atmalıdır, hansı formada işlərini qurmalıdır. Sözsüz ki, informasiyanı cəmiyyətə çatdırmaq lazımdır. Və bunu üçün də dövlət qurumları gərək informasiya versinlər. Hadisə ilk baş verə zaman Maliyyə Nazirliyi və Mərkəzi Bank ANS-in efirindən camaatı məlumatlandırdılar. Amma sonra bu proses dayandı, demək olar ki, sanki bir gizlənmə prosesi başladı. Belə bir məqamda neynəməliyik?

- Medianın işi tək böhran situatsiyalarında yox, ümumiyyətlə, hər zaman çox vacibdir. Media bir növ təhsil verir, vəziyyəti araşdırır və insanlara düzgün qərar qəbul etmək üçün məlumatlar verməlidir. Bu bizim əsas işimizdir. Bizim bir nömrəli tamaşaçımız hər zaman Azərbaycan Respublikasının prezidenti olub. Biz çalışmışıq ki, həm Respublikada, həm də xaricdə baş verən bütün məlumatları bir növ ona və onun simasında bütün Azərbaycan xalqına çatdıraq. Belə olan təqdirdə bir növ böhran situatsiyalarında da mütləq bir şəkildə sözsüz ki, mediya nümayəndələri məlumat verməlidir. Burda söhbət balaca “mikki maus” saytlardan deyil, məhz peşəkarlardan gedir. Ciddi informasiya strukturları – dövlət qurumlarını, sahibkarları, ümumiyyətlə isə xalqa məlumatlandırmalıdır ki, nə baş verir və vəziyyət necədir. Artıq biz uzun bir müddətdir – 25 ildir ki, bunu edirik. Və biz bu cür infliyasiyaların çoxunu arxada qoymuşuq. Və onda da biz işləmişik, məlumat vermişik. “Qara” bazarlar da görmüşük. Ondan sonra dolların sabitləşməsini də görmüşük. Eləcə də, Azərbaycan manatını yaranmasını, onun möhkəmlənməsini, güclənməsini görmüşük. Ona görə də bizim üçün bu prosesləri əhatə etmək və bu proseslərdə işləmək çox asandır. Məsələn, bazar günü çox təəssüf olsun ki, bankların və digər maliyyə qurumların işləmədiyi gündə şəhərdə bir ajiotaj yaranmışdı. Məhz ANS “28 May” metro stansiyası ətrafında yaranan “qara” bazarla bağlı məlumat verdik. Dərhal Daxili İşlər Nazirliyi tərəfindən buna reaksiya verildi və lazımi tədbir görüldü. Nəticədə, işbazların qarşısı vaxtında alındı. Bu işbazlar da elə-belə adamlar deyirlər. Sözsüz ki, bunlar xüsusi insanlardırlar, onlar kiməsə işləyirlər. Ola bilsin ki, üçüncü qüvvələr var, Azərbaycanda vəziyyəti destabilizə etmək üçün bunu etmək istəyirlər. Amma hər halda onlar əllərində pul vardı, onlar insanları qorxudurdular və belə bir işlər görürdülər. Bu baş verməsəydi nə olacaqdı? Yəni biz vurçatlasın, çal-çağır etsəydik nə olacaqdı? Sadəcə olaraq, lazımi strukturların bundan bir az gec xəbər tutacaqdı. Və bu cür “qara” bazarlar şəhərin digər yerlərinə, hətta bu siçrayışla respublikanın digər rayonlarına da gedib çata bilərdi. Lakin bunun qarşısı alındı. Bazar ertəsi isə yenidən məzənnə elan olundu və hamı gördü ki, heç bir problem yoxdur, sadəcə olaraq bu diversiyadır. Böhran situasiyalarında media xalqa diversiyadan kənarda olmaq, diversiyadan kənarlaşmaqda yardımçı olmalıdır. Diversiyalar var, olub və həmişə də olacaq. Azərbaycan çiçəklənən, inkişaf edən bir ölkədir və sözsüz ki, ona qarşı hər zaman belə bir hərəkətlər olacaq.

- Vahid müəllim, ANS-in bu proseslərdə oynadığı rola da istəyirdim aydınlıq gətirək. Demək olar ki, ən xırda detalları belə efirdə göstərilir. Bu cəmiyyətdə bir ajiotaj yaratmırdımı?

– Xeyir. Niyə ajiotaj yaratmalıdr? Əksinə, insanlar ilk olaraq birinci məzənnəni bizdən öyrəndilər ki, heç bir problem, heç bir məzənnə dəyişikliyi yoxdur. Və bazar günü də biz əhaliyə məlumat verirdik ki, məzənnədə dəyişiklik yoxdur. Eyni zamanda biz “qara” bazarı da göstərdik ki, belə bir bazar yaranıb bunu qarşısı alınmalıdır. Nəticədə, bunun qarşısı vaxtında alındı.

- Vahid müəllim, amma bir məsələ də var. Demək olar ki, məlumatlar çox az verilirdi və nəticədə saxta, həqiqətə uyğun olmayan informasiyalar çox yayılmağa başladı, bir çaşqınlıq ortaya çıxdı. Belə bir məqamda mediya orqanları hansı addımları atmalıdırlar ki, yəni dezinformasiyanı, informasiyadan ayırmaq mümkün olsun. Çünki dövlət orqanları çəkilib kənarda durur və birbaşa informasiyalar əldə olunmur. Belə məqamda nə etmək lazımdır?

– Belə bir məqamda ANS-ə baxmaq və ANS-dən dürüs məlumatları əldə etmək lazımdır. Ona görə ki, biz böyük bir təcrübəyə sahibik. Məh bu vəziyyətdə necə işləmək lazım olduğunu çox gözəl bilirik. Əsas məsələ bu cür vəziyyətlərdə media strukturunun qarşısında duran və xalqa vacib olan tələbləri ödəməkdir. Nədir bu? Bu sahədə fəaliyyət göstərən və yaxud bu proseslərə rəhbərlik edən dövlət qurumlarının nümayəndələrini dəvət etmək, onlar mütləq şəkildə əhaliyə məlumat verməlidirlər. Onlar deməlidirlər ki, bu nədir? Nədən qaynaqlanır? Və bu nə ilə sonalaşacaq? Və o sona necə getmək lazımdır, hansı yollarla? Bundan başqa, tək dövlət məmurları yox, eyni zamanda uğurlu, peşakar, savadlı sahibkarlar mütləq şəkildə çıxış etməlidirlər. O adamlar ki, yüzə-yüz peşə başındadırlar, pul qazanırlar, əməkdaşları, işçiləri var. Və onların topladıqları təcrübəni bölüşmək lazımdır. Onlar məlumat verməlidirlər. Bu da çox vacibdir. Ona görə ki, bu tək əyani yox, praktiki bir məsləhətlərdir. Və sözsüz ki, bizim hamımızın hörmət etdiyi iqtisadçılar, elm adamları, hansılar ki, bu vəziyyətləri bizim üçün proqnozlaşdırmalıdırlar və bizə məlumat verməlidirlər. Yenə də bütün media strukturlarının gördüyü iş xalqa bu vəziyyətdə yardımçı olmaq üçündür. Yəni xalqı nəbadə qorxutmaq, xalqa hansısa bir dezinformasiya vermək olmaz. Belə vəziyyətlərdə mediya rəhbərləri qabaqlar bir məlumatı iki mənbədən yoxlayırdılarsa, indi dörd-altı mənbədən yoxlamalıdırlar. Nəbadə bir dənə səhv getsin. Ona görə ki, hər bir media qurumunun böyük məsuliyyəti var. Ona görə ki, xalq məlumat almaq üçün - televiziyalara, internet sayt və portallarına, eləcə də radio, qəzetlərə müraciət edir. Ona görə ki, xalqın hər bir üzü iqtisadçı, eyni zmanda vəziyyətdə çıxış yolu tapan peşəkar deyil. Ona dəstək olmaq lazımdır, o bizim xalqımızdır. Biz gərək ona dəstək olaq, onunla işləyək.

- Vahid müəllim, uzun müddətdən sonra manat dəyərini itirdi. Dünya bazarında isə neftin qiyməti gün keçdikcə aşağı düşür. Yarana bu boşluğu biz nə ilə kompensasiya edə bilər ki, daha ağır itkilərlə üz-üzə qalmayaq?

– Hesab etmirəm ki, manat öz dəyərini itirib. Manat öz dəyərini itirməyib. Biz manat uğrunda çox vuruşmuşuq. Şəxsən mənim üçün manatım mövcudluğu, Azərbaycanın müstəqilliyinin mövcudluğu deməkdir. Bizim milli valyutamız, bayrağımız bizim üçün qürur və müstəqillik mənbəyidir. Bayraq balaca bir bayraq da ola bilər, bir uşağın əlində. Və yaxud Bayraq meydanında böyük bir bayraq ola bilər. Manatın da məzənnəsi aşağı - yuxarı ola bilər. Amma manatın mövcudluğu bu bizim millətimizi, xalqımızın, dövlətimizin müstəqilliyi deməkdir. Biz bir dövlət olaraq böyüyürük, manat da bizlə bir yerdə böyüyür. Balaca bir uşaq böyüməsi məhz xəstəliklərlə müşahidə olunur, yıxılır. Bizdə belə deyirlər ki, adam yıxıla-yıxıla böyüyür. Bu iqtisadi proseslər də ona uyğun proseslərdir. Sözsüz ki, hansısa kataklizmalar var, olub və olacaq da. Bu öz növbəsində bir növ imtahandır. Tək bizim Azərbaycan xalqı üçün yox, bu bütün xalqlar üçün bir imtahandır. Xalq bir növ hansısa, problemlə qarşılaşmasa, onu həll etməsə, o aciz bir xalqdır. Biz özümüz də uzun müddət müdafiəli olmuşuq. Məsələn, yeni yaranmış dövlətlər arasında son 10 il ərzində sığortalanmış şəraitdə inkişaf etsin. 10 il ərzində bizim manatımız bir zərrə də olsun devalvasiyaya uğuramamışdır. Bunu da məhz bizə cənab prezident bir növ imkan yaratmışdır ki, bu 10 il ərzində inkişaf edək, irəli gedək. Və belə ola biləcək problemlərə hazırlaşaq. Məsələn, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanla bağlı problem deyil. Bu digər sahələrdə baş vermiş problemlərdir. Amma Azərbaycana onun çox böyük bir təsiri oldu. Buna baxmayaraq yenə də biz vuruşuruq. Bü günləri manatın zəifləməsi haqqında söhbət gedə bilməz. Manat var. Ola bilsin ki, bir növ devalvasiyaya uğurayır. Lakin bu döyüşün bir mərhələsidir. Biz demirik ki, Qarabağı bizim əlimizdə gedib. Biz deyirik ki, Qarabağ bizimkidir və onun uğrunda döyüşlər davam edir. Manat da bizimkidir.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:






Tags:  Böhrandan özümüz çıxmalıyıq VİDEO


RƏYLƏR


Top news