Lənkəranda “Kitabi-Dədə Qorqud-200” mövzusunda rəsm sərgisi açılıb

Lənkəranda “Kitabi-Dədə Qorqud-200” mövzusunda rəsm sərgisi açılıb
02:38 29 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 29 dekabr, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama müvafiq olaraq Lənkəran Uşaq Rəssamlıq Məktəbində “Kitabi-Dədə Qorqud-200” mövzusunda rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin rayon mədəniyyət və turizm şöbəsi ilə birgə təşkil etdiyi sərgidə məktəblilərin 20-yə yaxın rəsm əsəri nümayiş olunub.
Rəsmlərdə oğuz türklərinin tarixi adət-ənənələri öz əksini tapmaqla yanaşı, “Kitabi-Dədə Qorqud” dastanında tərənnüm edilən qəhrəmanlıq, sədaqət, anaya məhəbbət, qadına hörmət, Vətən sevgisi də öz əksini tapıb.
Şagirdlərin bu mövzuya müraciət etməsinin təsadüfü olmadığını vurğulayan rəssamlıq məktəbinin direktoru Adil Əsədli bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın mənəvi sərvəti olduğundan onu gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının borcudur.
Sərgi rayon sakinlərinin böyük marağına səbəb olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_Kitabi_Dede_Qorqud_200_movzusunda_resm_sergisi_achilib-915167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR