Azərbaycan Milli Məclisi erməniləri təkzib etdi

Azərbaycan Milli Məclisi erməniləri təkzib etdi
02:46 29 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Bazar günü bəzi Ermənistan KİV-lərində Azərbaycan Milli Məclisinin rəsmi internet saytının erməni hakerlər tərəfindən dağıdılması barədə yayılan xəbərə münasibət bildirilib. Milli Məclisinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, yayılan informasiyalar həqiqəti əks etdirmir. Saytın bu cür hücum cəhdinə məruz qaldığını təsdiq edən mətbuat xidməti bildirib ki, xüsusi mühafizə proqramı vasitəsilə hücumun qarşısı alınıb. Açıqlamada həmçinin saytın qoruyucu sistemlərinin bu cür cəhdlərin qarşısını almağa qadir olduğu vurğulanıb.

“Dekabrın 27-də Ermənistanın bəzi kütləvi informasiya vasitələrində “Armenian Cyber Army” haker qrupu tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin saytının sındırıldığı barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Əslində isə həmin gün Ermənistan hakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vura bilməyib. Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək, sayta girişi mühafizə məqsədi ilə qısa müddətdə məhdudlaşdırıb və sonradan sistem administratoru tərəfindən bərpa edilib.

Bizim həm inzibati, həm də texniki imkanlarımız bu cür hücumların vaxtında qarşını almağa imkan verir. Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər-hansı bir təsir göstərmək qeyri-mümkündür.” – deyə Milli Məclisin Mətbuat xidmətinin açıqlamasında bildirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR