​Mingəçevirdə qızıl əşyaları və dollar oğurlayan şəxs yaxalanıb

02:47 29 Dekabr 2015
16 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, hadisə şəhərin Abdullayev küçəsində yerləşən 4 saylı binada qeydə alınıb.
Sözügedən binanın mənzil 11 ünvanında yaşayan Nazim Məmmədov evindən ona məxsus qızıl zinət əşyaları və 1200 ABŞ dollarının oğurlanması ilə bağlı polisə müraciət edib. Aparılan zəruri istintaq-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs, 24 yaşlı şəhər sakini Elşən Məmmədov isti izlərlə saxlanılıb. Cinayət hadisəsini törədən şəxsin yaşadığı mənzildən oğurlanan pul və qızıl əşyaları aşkarlanıb.
İlkin istintaqda Elşən törətdiyi cinayət əməlini etiraf edib. İstintaq zamanı o da məlum olub ki, E.Məmmədov mənzilin qapısını kustar üsulla hazırladığı açarla açıb. Hazırda Mingəçevir polisi tutulan şəxsin digər cinayətlərdə əlinin olub-olmadığını araşdırır.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/mingecevirde-qizil-esyalari-ve-dollar-ogurlayan-sexs-yaxalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR