Nizami rayonunda uşaqlar üçün bayram şənlikləri təşkil edilib

Nizami rayonunda uşaqlar üçün bayram şənlikləri təşkil edilib
03:53 29 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün bayram şənlikləri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə YAP Nizami Rayon Təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və başqaları çıxış edərək uşaqların keyfiyyətli təhsil almalarının, yüksək səviyyəli tibbi xidmətlə təmin olunmalarının, onların sağlam mənəvi və sosial müdafiə mühitində böyümələrinin vacibliyini vurğulayıblar.
Qeyd edilib ki, son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların problemlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondu tərəfindən uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm layihələr, sosial proqramlar həyata keçirilir.
Diqqətə çatdırılıb ki, uşaqların bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlətin onlara göstərdiyi qayğı və diqqətin başlıca prinsipidir.
Vurğulanıb ki, 31 dekabr bütün dünya azərbaycanlılarını birlik və həmrəyliyə səsləyən ümumxalq bayramıdır. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayırlar. Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var.
Çıxışlarda qeyd olunub ki, həmrəylik gününün böyük təntənə ilə qeyd edilməsi dünyada yaşayan bütün soydaşlarımız üçün mənəvi ehtiyaca çevrilib.
Tədbirdə balacaların hazırladıqları musiqilər, şeirlər, Şaxta babanın, klounların, Maşa və Ayının şən oyunları tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Sonda uşaqlara Yeni il hədiyyələri təqdim olunub.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_rayonunda_usaqlar_uchun_bayram_senlikleri_teskil_edilib-915168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR