Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Rusiya Suriyada terrorçuların 500 obyektini məhv edib

​Rusiya Suriyada terrorçuların 500 obyektini məhv edib

Date: 29 December 2015 04:02

Bakı. 29 dekabr. REPORT.AZ/ Rusiya Hərbi Kosmik Qüvvələri Suriyada üç sutka ərzində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) 500-dən çox obyektini məhv edib.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahı Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy məlumat verib.
Onun sözlərinə görə, Rusiya təyyarəçiləri 164 hərbi uçuş ediblər və terrorçuların Hələb, İdlib, Latakiya, Hama, Homs, Dəməşq, Deyr-əz-Zor və Rəkkə əyalətlərindəki mövqelərinə hücum ediblər.
Sergey Rudskoy qeyd edib ki, son günlər Rusiya aviasiyası ərəb respublikasında zərbələrin intensivliyini artırıb. O bildirib ki, Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Əl-Kəbir çayının sol sahili üzərində nəzarəti ələ keçirib və Latakiyada üç mühüm yüksəkliyi nəzarət altına alıb.

Tags:  Rusiya Suriyada terrorçuların 500 obyektini məhv edib

RƏYLƏR


Top news