Kerri Azərbaycanın rolunu qeyd etdi

Kerri Azərbaycanın rolunu qeyd etdi
04:14 29 Dekabr 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

İran tərəfindən istehsal olunan uranın Rusiyaya göndərilməsi nüvə razılaşmasının şərtlərinin yerinə yetirilməsi baxımından mühüm addımdır.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

 

Onun sözlərinə görə, artıq göyərtəsində 11 ton aşağı səviyyədə zənginləşdirilmiş uran olan gəmi İrandan Rusiyaya yola düşüb.

 

ABŞ dövlət katibi bir neçə ölkənin bu prosesdə vacib rol oynadığını vurğulayıb: “Müştərək hərəkət planı haqqında razılaşmaya dair danışıqlarda Qazaxıstanın iştirakı mühüm oldu”, deyə C.Kerri bildirib. O həmçinin bu prosesdə Azərbaycanın əhəmiyyətli rolunu qeyd edib.

 

Qeyd edək ki, hər il 300 kq yaxın əlavə zənginləşdirilmiş uran istehsal edən İran ondan istifadə edə bilməz. Bu səbəbdən, İran Rusiya daxil olmaqla digər ölkələrə uranın satışına dair danışıqlar aparır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR