Kubada dəhşətli yol qəzası: 13 ölü, 34 yaralı

Kubada dəhşətli yol qəzası: 13 ölü, 34 yaralı
06:24 29 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Kubada baş verən dəhşətli yol qəzasında 13 nəfər ölüb, 34 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Santyaqo-de-Kuba əyalətində sərnişinlərin daşınması üçün nəzərdə tutulan 2 yük avtomobili toqquşub.

 

Ölənlərin arasında azyaşlı uşağın olduğu bildirilir. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

2015-ci ilin yanvarından noyabr ayınadək Kubada 10 mindən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rəsmi məlumata əsasən, adıçəkilən müddətdə yol qəzalarında 688 nəfər ölüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR