Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

IŞID-in məhv ediləcəyi tarix bəlli oldu (FOTO)

IŞID-in məhv ediləcəyi tarix bəlli oldu (FOTO)

Əfqanıstanda 36 silahlı məhv edilib (28 Mart 2017 08:52)
6 İŞİD lideri məhv edilib (19 Mart 2017 21:42)
İraqda 6 İŞİD lideri məhv edildi (19 Mart 2017 20:54)

Tarix: 29 Dekabr 2015 06:31

İraq 2016-cı ildə İŞİD terror qruplaşması üzərində qələbə qazanmaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə,bu barədə fikirlərini İraqın baş naziri Heydər əl-Abadi yerli telekanallardan birinin efirində səsləndirib.

"2016-ci il İŞİD üzərində son qələbə ili olacaq, bununla terrorçuların İraqda olmasına son qoyulacaq",- deyə hökumət qoşunlarının Ramadi şəhərini azad etməsindən sonra Heydər əl-Abadi bildirib. "Biz Mosulu azad etməyə hazırlaşırıq və bu İŞİD üçün son və qaçılmaz zərbə olacaq", - deyə baş nazir əlavə edib.


Heydər əl-Abadi

Ramadi şəhəri 2015-ci ilin may ayına qədər terrorçuların işğalı altında olub. İraqın Silahlı qüvvələri dekabrın 22-də şəhərə hücuma başlayıb və dekabrın 28-də şəhər terrorçulardan təmizlənib.



Mosul böyüklüyünə görə İraqın ikinci şəhəridir. İŞİD terror qruplaşması 2014-cü ilin iyununda şəhəri tutub. İraq silahlı qüvvələrinin generalı Camal Əl-Dulaiminın sözlərinə əsasən, Ramadinin azad olmasından sonra İraq hərbiçilərinin əsas planı Mosulun azad olunmasıdır.


Ramadi şəhəri xəritədə

Teqlər:  IŞID-in məhv ediləcəyi tarix bəlli oldu FOTO



RƏYLƏR


Top xəbərlər