Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə sərhəddə qoşun yığır (VİDEO)

Türkiyə sərhəddə qoşun yığır (VİDEO)

Date: 29 December 2015 06:41

Suriyada Fərət çayının qərbində separatçı kürd qruplaşması (YPG) ilə İŞİD terrorçu silahlıları arasında qızğın döyüşlər davam edir. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, döyüşlərin Türkiyə sərhəddinə yaxın bölgədə cərəyan etməsi bu ölkədə də narahatlıqla qarşılanıb.

Qaziantep 5-ci Zirehli Briqadasına aid çox sayda hərbi vasitə sərhəddə doğru hərəkətə başlayıb. Hərbi konvoyun Qaziantep vilayətinin Suriya ilə sərhəddə yerləşən Karkamış rayonuna doğru hərəkət etdiyi bildirilir.

Canlı qüvvə və silahların olduğu hərbi konvoyu zirehli texnikann da müşayiət etdiyi qeyd edilib. Hərbi qüvvələrdən ibarət konvoyun bundan sonra da sərhəd bölgəsinə göndəiləcəyi istisna olunmur.



Tags:  Türkiyə sərhəddə qoşun yığır VİDEO


RƏYLƏR


Top news