Avropa Birliyində üsyan başlandı

Avropa Birliyində üsyan başlandı
07:42 29 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Polşada müşahidə olunan konstitusiya krizisi Avropa səviyyəsinə qalxır. Yeni hakimiyyət müxalifətə məhəl qoymur. Sağçıların hökuməti Konstitusiya Məhkəməsinin islahatını keçirmək niyyətindədir, bu isə ona məhkəməyə nəzarət etmək imkanı yaradacaq.

Nümunəvi postkommunist uğuru əldə edən Polşa oktyabrda keçirilən seçkilərdən sonra bütün Avropa üçün hər keçən gün daha da güclənən bir problemə çevrilir. Politico jurnalı hesab edir ki, yeni hakimiyyətin məhkəmə orqanlarına nəzarəti əldə etmək üçün açıq-aşkar göstərdikləri səylər Brüsseldə sürətlə artan narahatlığa səbəb olur. Onlar Avropa Birliyinin qanunvericiliyə dair məsələlər üzrə vitse-prezidenti Frans Timmermanı Polşanın ədliyyə və xarici işlər nazirlərinə demokratik normaların kobudcasına pozmamalarına dair məktub yazmağa məcbur etdilər. Polşa parlamentinin Aşağı palatası qanunvericilik orqanının yuxarı palatasının da təsdiq etdiyi Konstitusiya Məhkəməsi haqqında qanunu qəbul etdi. Qanun 15 hakimdən ibarət və qanunvericilər tərəfindən qəbul edilən konstitusiya qanunlarının uyğunluğuna nəzarət edən Konstitusiya Tribunalında əhəmiyyətli dəyişikliklər etməkdədir. Yeni qanun qanunların qəbul edilməsi zamanı sadə səs çoxluğunu deyil, səslərin üçdə iki hissəsinin yığılmasını tələb edəcək. Bundan əlavə, iclasların keçirilməsi üçün zəruri olan hakimlərin sayının artırılması nəzərdə tutulub, bu isə məhkəmənin işini daha da ləngidəcək.

Mayda keçirilən prezident seçkilərində, eləcə də oktyabrda baş tutmuş parlament seçkilərində qələbə qazanan Qanun və ədalət partiyası (PiS) iddia edir ki, islahat Konstitusiya Məhkəməsinin işinin effektivliyini artıracaq və siyası tarazlığın saxlanılmasına imkan yaradacaq. Tənqidçilər isə hesab edirlər ki, islahat Polşa demokratiyasında nəzarət və tarazlıq sistemini məhv edəcək. Qanun və nəzarət partiyasının təsisçisi və Polşanın ən nüfuzlu siyasətçilərindən biri olan və öz havadarları-Ancey Dudu və Beat Şidlonu prezident və baş nazir vəzifəsinə müvafiq olaraq təyin edən Yaroslav Kaçinskinin fikrincə, Konstitusiya Məhkəməsi "Polşada baş verən bütün xoşagəlməz hadisələrin qalasıdır".

Kaçinskinin Konstitusiya Məhkəməsinə bu cür münasibət bəsləməsini anlamaq olar, çünki o birinci dəfə 2005-2007-ci illərdə hakimiyyətə ilk dəfə gəldiyi zaman hakimlər onun işinə mane olurdular.

Ötən əsrin 80-ci illərin sonlarında sosialist sistemini devirdikdən sonra Polşada birpartiyalı hakimiyyət sistemi tətbiq olundu. Qanun və ədalət partiyasının nüfuzu müxalifətə islahatların keçirilməsində maneçilik törətməyə imkan vermir. Onun yeni qanunun heç olmasa antidemokratik qüvvəsinin zəifləməsi istiqamətində etdiyi cəhdləri isə hakim partiya tərəfindən asanlıqla dəf edildi. Müxaliflər küçələrdə etiraz etmək məcburiyyətinə qalırlar, bu isə Brüsseldə artan narahatlığa səbəb olur. Polşada konstitusiya krizisinin əlaməti hökumətə qarşı aparılmiş iki nümayiş və Varşavanın mərkəzində hökumətin lehinə edilən bir nümayişdir.

Lüksemburqun xarici işlər naziri və hazırda Avropa Birliyində rəhbərlik edən Jan Asselborn Avropa Komissiyası və Parlamentini dərhal tədbir görməyə çağırıb. O, Polşa hakimiyyəti fikrindən dönməyəcəyi təqdirdə, sanksiyaların tətbiq olunacağına dair təhdidlər yağdırır.

Timmermanın məktubuna cavab olaraq Polşanın ədliyyə naziri Zbiqnev Zebro bildirdi ki, "Biz suveren dövlətik və onun konstitusiya müəssisələrinin necə olacağına dair qərarları bu dövlət özü müəyyən edir. Düşünmürəm ki, xaricdən kimsə bizi nəsə etməyə məcbur edə bilər, çünki bu milli mənəviyyatımıza ziddir".

Əsas mübahisələr Tribunala hakimlərin təyin edilməsi ətrafında aparılır. Keçmiş hakim partiya "Vətəndaş platforması" oktyabrın əvvəlində beş yeni hakim seçdi. Parlament Konstitusiya məhkəməsinin doqquzillik iş müddəti bitmiş üç hakimini dəyişdi. Daha iki yeni hakimrin səlahiyyətləri sona çatmaq üzrədir.

Dekabrın əvvəlində bu iki hakimin təyin edilməsi Tribunal tərəfindən konstitusiyaya qarşı bir hərəkət kimi qiymətləndirildi. Lakin Qanun və ədalət partiyası bu fürsətdən istifadə etməyə qərar verdi və özünün beş yeni hakimini təyin etdi. Prezident Duda onları dərhal andiçmə mərasiminə dəvət etdi. Bununla yanaşı, prezident köhnə parlament tərəfindən təyin olunmuş beş hakimi qəbul etməkdən imtina etdi. Hazırda Tribunalda hesab edirlər ki, andiçmə mərasimində lazımınca iştirak etməyən qanuni yolla təyin edilmiş üç hakim var. Hökumət Tribunala məhəl qoymur və iddia edir ki, yeni 5 hakim köhnələrdən daha önəmlidir.

AB-nin münaqişəyə müdaxilə etmə və Varşavaya təsir göstərmə imkanları məhduddur. 2000-ci ildə Brüssel çətin vəziyyətə düşdü, belə ki, Yorq Xayderin ultrasağçılar partiyasının hakim koalisiyasına qoşulduqdan sonra Avstriyanı diplomatik yolla təcrid etməyə cəhd göstərdi. Hazırda Avropa qanunvericiliyində Avropa Şurasına əsas hüquqları daima pozan birliyin üzvlərinə qarşı bəzi qanunların qüvvədə olma müddətini dayandırmağa icazə verən qanun mövcuddur. Lakin Brüssel bu haqqından hələ ki istifadə etməyib.

Eyni zamanda, Polşanın yeni hakimiyyəti göstərdi ki, ona kimin hansı reaksiya verəcəyi maraqlı deyil. Məsələn, Kaçinski Polşanın yeni hakimiyyətini tənqid edən alman jurnalistlərə bildirdi ki, onun ölkəsinin Almaniyanın demokratiyaya dair dərslərinə ehtiyacı yoxdur.

Konstitusiya uğrunda müharibə - Qanun və ədalət partiyasının ölkənin əsas hakimiyyət orqanlarına nəzarəti ələ keçirmək üçün vuruşduğu cəbhələrdən biridir. Hakim partiya hazırda böyük dövlət şirkətlərinin idarəetməsində, orduda və məmurlar arasında bəzi dəyişikliklər aparır.

Seymdə çalışan "Həmrəylik" veteranlarından biri Kornel Moravecki bildirdi ki, "Xalqın əmin-amanlığı qanundan da vacibdir. Əgər qanun bu əmin-amanlığı təhlükə altına salırsa, o zaman onu dəyişmək və ya ümumiyyətlə ləğv etmək lazımdır" .

Noyabr ayında parlamentdə səslənən bu sözlər hakim koalisiyanın təmsilçiləri tərəfindən davamlı alqışlarla qarşılandı.

Orxan Hun
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Suriya parlamentinin sədri istefa verdi

21 İyul 2017 04:54

Əri ilə tutduğu qadının cinsiyyət orqanına acı bibər sürtdü

21 İyul 2017 04:28

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istədi, amma...

21 İyul 2017 04:03

Bərdədə ruhi xəstə itkin düşüb

21 İyul 2017 03:52

"Qəbələ" AL-in 3-cü mərhələsinə belə adladı - VİDEO

21 İyul 2017 03:47

Acun Ilıcalı təsdiqlədi:

21 İyul 2017 03:45

Kamran Ağayev Çexiya klubuna transfer olunub

21 İyul 2017 03:37

“Qalatasaray” Avropa Liqasında mübarizəni dayandırdı

21 İyul 2017 03:33

Cavid Hüseynov: "Artıq hər bir komanda ilə oynamağa hazırıq"

21 İyul 2017 03:32

Əsl peyzaj ustası - FOTO

21 İyul 2017 03:32

Türkiyədə zəlzələ olub

21 İyul 2017 03:24

Ağcabədidə 24 yaşlı gənc əməliyyat masasında ölüb

21 İyul 2017 03:22

Kamran Ağayev rəsmən Avropa klubunda - SON ANDA

21 İyul 2017 03:17

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ

21 İyul 2017 03:13

"İnter"in baş məşqçisi: "Cəfəng qollar buraxdıq"

21 İyul 2017 03:12

"Astra"nın kapitanı: "Bilirdik ki, bizi Bakıda çox çətin oyun gözləyir"

21 İyul 2017 03:12

Siqaret sərxoş Gəncə sakinini xəstəxanalıq etdi

21 İyul 2017 02:49

"Gündən-günə daha yaxşı olacağıq" -

21 İyul 2017 02:36

Təbiət qoynunda gözəl villa - FOTO

21 İyul 2017 02:32

Gəncə şəhər sakini özünü yandırıb

21 İyul 2017 02:27

Lukaşenko Ukraynadadır

21 İyul 2017 02:24

Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub

21 İyul 2017 02:22

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istəyərkən saxlanılıb

21 İyul 2017 02:02

"Hər bir komanda ilə oynamağa hazırıq" -

21 İyul 2017 01:56

Məşhur müğənni intihar etdi

21 İyul 2017 01:44

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb -

21 İyul 2017 01:35

Amerikanın problemlərini yandırdı - FOTO

21 İyul 2017 01:32

Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək

21 İyul 2017 01:29

Qriqorçuk: "Panatinaikos" Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir"

21 İyul 2017 01:27

"Koroğlu" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

21 İyul 2017 01:17

Emili gözəlliyi ilə yenə hamını valeh etdi -

21 İyul 2017 01:15

On otaqlı evdə yanğın

21 İyul 2017 01:09

"Panatinaikos" 2 il sonra Azərbaycana gəlir

21 İyul 2017 00:57

50 yaşlı cazibədar aktrisanın alt paltarsız FOTOSESSİYASI

21 İyul 2017 00:53

"İnter"in biabırçı məğlubiyyəti - VİDEO

21 İyul 2017 00:47

"Zirə" Avroliqa ilə belə vidalaşdı - VİDEO

21 İyul 2017 00:47

Bakıda yaşayış binasında yanğın baş verib -

21 İyul 2017 00:47

“Qəbələ” növbəti turda

21 İyul 2017 00:34

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

21 İyul 2017 00:28

"Qəbələ" Polşada mərhələ adladı

21 İyul 2017 00:28

İran Küveytə nota verdi

21 İyul 2017 00:19

Astroloji proqnoz - 21 iyul

21 İyul 2017 00:13

"Zirə"nin baş məşqçisi: "Məncə, Azərbaycanı yaxşı təmsil etdik"

21 İyul 2017 00:12

İki yaşlı uşaq yemişdən zəhərləndi

21 İyul 2017 00:09

Hamilə model çılpaq sessiyaya çəkildi - FOTO

21 İyul 2017 00:05

Ayxan Abbasov: "Bizim hakimlərə şükr etməliyik"

21 İyul 2017 00:05

Tovuzda 2 yaşlı oğlan zəhərlənib

21 İyul 2017 00:05

Günün qoroskopu: vədlərinizi gerçəkləşdirin

21 İyul 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 50 dolları ötüb

21 İyul 2017 00:05

Məşhur müğənni intihar edib -

20 İyul 2017 23:55