Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ Rusiyanı ittiham etdi

ABŞ Rusiyanı ittiham etdi

Date: 29 December 2015 07:42

ABŞ və Rusiya tərəflərini təmsil edənlər arasında Suriyadakı terror qruplaşmalarına dair müəyyən razılıq var.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib.
 
"İŞİD və "Cəbhət ən Nüsrə" daxil olmaqla, bir sıra qruplaşmalara dair mövqeyimiz eynidir. Bu, danışıqların bir hissəsidir. Digər qruplaşmalara dair hələ ki, tam razılıq əldə edilməyib", deyə M.Toner bildirib.
 
Qeyd edək ki, bir neçə gün öncə Rusiya xarici işlər nazirinin müavini Qennadiy Qatilov Suriyada hansı qruplaşmaların terrorçu sayılıb sayılmadığına dair ABŞ-la rəsmi Moskva arasında razılıq əldə olunduğunu bildirib.

Milli.Az


Tags:  ABŞ Rusiyanı ittiham etdi


RƏYLƏR


Top news