Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nemtsovun qətlində şübhəli bilinənlərə qarşı yekun ittiham irəli sürüləcək

Nemtsovun qətlində şübhəli bilinənlərə qarşı yekun ittiham irəli sürüləcək

Date: 29 December 2015 07:57

Dekabrın 29-da Rusiya İstintaq Komitəsi tanınmış siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslərə qarşı yekun ittiham irəli sürəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə vəkil Şamsudin Tsakayev bildirib.
 
Onun sözlərinə görə, yaxın günlərdə cinayət işinin fiqurantları və zərərçəkən tərəfin nümayəndələri işin materialları ilə tanış olacaqlar. Daha sonra cinayət işi prokurorluq və məhkəməyə göndəriləcək.
 
Qətllə bağlı bu günədək 5 nəfər saxlanılıb: Zaur Dadayev, Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Anzor və Şadid Qubaşev qardaşları. Qətlin təşkilində şübhəli bilinən "Şimal" batalyonunun zabiti Ruslan Muxudinov beynəlxalq axtarışa verilərək qiyabi həbs edilib.
 
Rusiya İstintaq Komitəsi müxalif siyasətçinin qətlini onun siyasi fəaliyyəti ilə əlaqədar olmadığını bildirib.
 
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Kremlin yaxınlığında odlu silahdan güllələnərək öldürülüb.

Milli.Az


Tags:  Nemtsovun qətlində şübhəli bilinənlərə qarşı yekun ittiham irəli sürüləcək


RƏYLƏR


Top news