Səudiyyə Ərəbistanında benzinin qiyməti 40% bahalaşdı

Səudiyyə Ərəbistanında benzinin qiyməti 40% bahalaşdı
07:57 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanın höküməti ölkədə büdcənin rekord həddə kəsiri fonunda benzinin qimətini 40% qaldırdı.

Oxu.az BBC News-a istinadən xəbər verir ki, hal-hazırda krallıqda bir litr benzinin qiyməti 24 ABŞ senti təşkil edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında benzin və kommunal xidmətlərinin qiymətləri subsidiyalar hesabına aşağı səviyyədə saxlanılır. Ölkə neft istehsalına görə dünyada birinci yerdədir. 

Ekspertlər hesab edirlər ki, büdcə vəsaitlərinin azalmasının əsas səbəbi neftin qiymətinin kəskin ucuzlaşmasıdır. 

Səudiyyə Ərəbistanı kralı bəyan edib ki, ölkə digər gəlir mənbələri axtaracaq. 

2016-cı ildə krallıq höküməti büdcə xərclərini 10% azaltmaq və bəzi xarici aktivlərini satmaq niyyətindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR