Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neft və milyardlar səltənəti çöküşün astanasında

Neft və milyardlar səltənəti çöküşün astanasında

Date: 29 December 2015 08:42

2015-ci ildə Səudiyyə Ərəbistanının büdcə kəsrləri artıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, büdcədə vəsaiti çatışmazlığı 98 milyard dollar təşkil edir. Kəsirlərin dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar olduğu bildirilir. Ümumilikdə, xərclər 224 milyard dollara çatıb.

Rəhbərlik defisitlə əlaqədar benzinin qiymətini 40 faiz artırıb. İndi ölkədə 1 litr benzini qiyməti 24 Amerika sentinə bərabərdir. Hökumətin bu addımı ölkə tarixində son 10 ildə ən ciddi islahat hesab olunur.

Hökumət, eyni zamanda, gəlirləri də açıqlayıb. Bu il Səudiyyə Ərəbistanının gəlirləri 108.7 milyard dollar təşkil edib. Lakin, bu, rəsmi proqnozlardan 15 faiz az göstəricidir.

Kral Salman bin Abdüləziz hökumətin iclasında çıxışı zamanı qeyd edib ki, rəhbərliyin gələn il də əsas prioriteti sosial proqramları inkişaf etdirmək olacaq.

Hökumətin neft gəlirləri keçən il ilə müqayisədə 23 faiz azalıb. Keçən il gəlirləri 77 faizi neft ixracından əldə olunurdu.

Ötən gün Beynəlxalq Valyuta Fondu (BVF) Səudiyyə Ərəbistanının tezliklə iflas edəcəyini açıqlamış, buna neftin kəskin ucuzlaşmasını səbəb göstərmişdi.

Milli.Az


Tags:  Neft milyardlar səltənəti çöküşün astanasında

RƏYLƏR


Top news