Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​İnternetdə qadınları aldadaraq pullarını mənimsəyən Azərbaycan vətəndaşı tutulub

​İnternetdə qadınları aldadaraq pullarını mənimsəyən Azərbaycan vətəndaşı tutulub

Date: 29 December 2015 08:42

Bakı. 29 dekabr. REPORT.AZ/ Belarusun Qomel şəhərində internetdə qadınlarla tanış olaraq onları aldatmaq yolu ilə 5 min ABŞ dollarından çox pullarını mənimsəyən Azərbaycan vətəndaşı tutulub.
"Report" xəbər verir ki, bu barədə Minsk şəhər Daxili İşlər Mərkəzi Rayon İdarəsinin mətbuat zabiti Tatyana Oboznaya məlumat verib.
Onun sözlərinə görə, kişi qadınlarla sosial şəbəkələrdən biri vasitəsi ilə (Odnoklassniki - red.) tanış olub. O zərərçəkənlərə Azərbaycanda yaşadığını və bizneslə məşğul olduğunu, Qomeldə də mənzilinin olduğunu bildirib. Azərbaycanlı öz qurbanlarını tezliklə birdəfəlik sözügedən şəhərə köçəcəyinə, orada restoran biznesi ilə məşğul olacağına və bu məsələdə yanında bir həyat yoldaşının vacib olmasına inandıra bilib.
T.Oboznayanın məlumatına görə, o, qısa müddət ərzində qadınlarda özünə qarşı etibar yarada bilib və onların 5 min ABŞ dollarından çox vəsaitini mənimsəyib. 44 yaşlı azərbaycanlıya bu işdə Bakıda yaşayan oğlu köməklik edib.
Bir müddətdən sonra sözügedən şəxs qadınları sosial şəbəkədəki profilində "qara siyahı"ya salıb və onlarla əlaqə saxladığı telefon nömrəsindən imtina edib.
Qadınların şikayəti əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmyerlimiz Qomel şəhərində saxlanılıb.
Hazırda ona qarşı Belarus Cinayət Məcəlləsinin 209-cu maddəsi üzrə ("Dələduzluq") cinayət işi qaldırılıb. Hələ ki, faktla bağlı polisə on qadından şikayət ərizəsi daxil olub. Lakin onların sayının çox olacağı ehtimal edilir.

Tags:  İnternetdə qadınları aldadaraq pullarını mənimsəyən Azərbaycan vətəndaşı tutulub

RƏYLƏR


Top news