İrəvanda etiraz aksiyaları davam edir

İrəvanda etiraz aksiyaları davam edir
08:42 29 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın paytaxtı İrəvanda hökumətə qarşı etiraz aksiyası polislə qarşıdurmalara səbəb olub. Milli.Az anspress-ə istinadən xəbər verir ki, "Yeni Ermənistan" hərəkatının fəalları hökumətin istefası tələbi ilə çıxış ediblər. Həmçinin, yeni parlament və prezident seçkilərinin keçirilməsinə çağırışlar olub. Polisin aksiyaya müdaxiləsi zamanı tərəflər bir-birilərinə qarşı güc tədbiq ediblər. Qarşıdurmalar nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaşlı kişinin boynunda aldığı xəsarət nisbətən ciddi olub. Xəsarət alan şəxsə təcili tibbi yardım göstərilib. Polis güc tədbiq edərək aksiyanı dağıtmağa nail olub.

Aksiyada, eyni zamanda, "Qalx, Ermənistan" təşəbbüs qrupunun üzvləri də iştirak edib. Qrupun nümayəndəsi Qaqik Eqiazaryan bildirib ki, aksiya iştirakçıları Spendyaryan adına akademik opera və balet teartının üzərinə "Yeni Ermənistan" şüarı yazılmış plakatı yapışdırmağa çalışıblar. Lakin teatrın əməkdaşları binanın tarixi-mədəniyyət abidəsi olduğunu əsas gətirərək buna icazə verməyiblər.

Yeni Ermənistan hərəkatı bir müddət əvvəl ölkədə keçirilən konstitusiya islahatlarına dair referendumun saxtalaşdırıldığını iddia edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/393865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR