Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lui van Qal: "İstefa üçün səbəb yoxdur"

Lui van Qal: "İstefa üçün səbəb yoxdur"

Date: 29 December 2015 09:12

"Futbolçularımın üzərində bu qədər təzyiq olmasına baxmayaraq, onlar belə mübarizə aparırlarsa, istefa verməm üçün heç bir səbəb yoxdur. Ola bilər ki, mətbuat mənim komandadan getməyimi istəyir, ancaq istefa verməyəcəm".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Lui van Qal Premyer Liqanın 19-cu turunda "Çelsi" ilə 0:0 bərabərə qaldıqları oyundan sonra deyib.

Son günlərdə istefaya göndəriləcəyi iddia edilən hollandiyalı mütəxəssis "qırmızı-şeytanlar"la müqaviləsinin olduğunu xatırladaraq bunları bildirib: "Klubla müqaviləm var. Əsas məsələ komandadan gedib-getməyəcəyim yox, müqavilənin şərtlərini yerinə yetirməyimdir. İlk çalışdığım klub "Ayaks" olub. Həmin vaxtda hər həftə tənqid olunsam da, sonda UEFA kubokunu qazandım. Son dönəmlərdə qələbə qazana bilməsək də, hələ də bizi alqışlayan azarkeşlər var. Əsas futbolçularımın meydanda etdikləridir. Onlar yaxşı oynadıqca, azarkeşlər də xoşbəxt olacaqlar".

Qeyd edək ki, son 6 turda qələbəyə həsrət qalan "Mançester Yunayted" geridə qalan 19 turdan sonra 30 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Milli.Az


Tags:  Lui van Qal İstefa səbəb yoxdur

RƏYLƏR


Top news