Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Bu il Naxçıvanda qeydə alınan cinayət hadisələrinin sayı açıqlanıb

​Bu il Naxçıvanda qeydə alınan cinayət hadisələrinin sayı açıqlanıb

Date: 29 December 2015 09:42

Bakı. 29 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyində (DİN) kollegiya iclası keçirilib.
“Report”un xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov iclasda bildirib ki, xidməti istifadə üçün “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində Naxçıvan şəhəri üzrə 169 kamera quraşdırılıb, hesabat dövründə bu sistem vasitəsilə 222 hadisə aşkarlanıb, Vahid Məlumat Axtarış Sistemi vasitəsilə 36 minə yaxın sorğu cavablandırılıb.
Bütövlükdə, müxtəlif inzibati xətalara görə muxtar respublika üzrə 25 454 protokol tərtib olunub və qanunauyğun tədbir görülüb.
Cinayətkarlıqla mübarizənin nəticəsinə görə, əvvəlki illərin müsbət nəticələri qorunub saxlanılıb, 2015-ci ildə daxili işlər və prokurorluq orqanları üzrə cəmi 18 cinayət hadisəsi qeydə alınıb. Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin açılması uçot subyektləri üzrə 95,8 faiz təmin edilib.
Vurğulanıb ki, bu ilin mart ayından etibarən vətəndaşlara səyyar xidmət göstərilməsinə başlanılıb, səyyar xidmət lazım olan bütün texniki və xüsusi vasitələr, informasiya avadanlıqları ilə təchiz olunub.
Bu müddət ərzində 6320 müraciət qəbul olunaraq icra edilib.
Muxtar respublika daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülüb, xeyli sayda nəqliyyat vasitəsi, o cümlədən 10 ədəd BMW markalı motosiklet alınaraq müvafiq xidmətlərdə istifadə olunur.
Avtomobillərin texniki baxışdan keçirilməsi işini asanlaşdırmaq üçün Culfa və Ordubad rayonları ərazisində Dövlət Yol Polisi İdarəsinin yeni texniki müayinə mərkəzləri tikilərək istifadəyə verilib. Bu müayinə mərkəzlərində il ərzində, təxminən, 20 min avtomobilin texniki baxışdan keçirilməsi mümkündür.
Kollegiya iclasından sonra mükafatlandırma mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının bir qrup əməkdaşına xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında fərqləndiklərinə görə fəxri fərman, “Əla xidmətlərə görə” döş nişanı və hədiyyələr verilib. 

Tags:  il Naxçıvanda qeydə alınan cinayət hadisələrinin sayı açıqlanıb

RƏYLƏR


Top news