Dollar qalxdı - 1.5578 oldu

Dollar qalxdı - 1.5578 oldu
09:46 29 Dekabr 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

Dollar bu günə də bahalaşma ilə başladı. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı ucuzlaşmasına səbəb olub.

Həftəsonundan sonra bu gün Azərbaycanda ABŞ dollarının məzənnəsi yenidən qalxıb. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məlumatına görə, dolların rəsmi məzənnəsi 0,017 manat bahalaşıb. Dünən günə 1.5561 manatala başalayan dollar 1.5578-ə yüksəlib.

Avronun məzənnəsində də yüksəliş qeydə alınıb. Ötən gün avro 1.7079-a 1.7094 manata qalxıb.

Rusiya rublu isə düşüb. Dekabrın 29-da rubl 0.0216 manata olub.

Ötən həftədən başlayan dollar ajiotajı həftəsonu "qara bazar"ın yaranmasına səbəb olub. ANS PRESS-in məlumatına görə, paytaxtda əhalinin sıx olduğu yerlərdə, xüsusən 28 May metrostansiyasının çıxışında və Səməd Vurğun parkının ərazisində bəzi şəxslər məhz 1990-cı illərdə olduğu kimi "qara bazar" adlanan qeyri-qanuni valyuta bazarı formalaşdırıblar. Həmin bazarda vətəndaşların əlində olan yerli valyutanı ucuz qiymətə alır, ABŞ pulunu isə dəyərindən çox baha satırlar.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Dollarla kredit götürənlərin aqibəti...

Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."

Bakıda dollar ajiotajı (FOTO)


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR