ABŞ-da 2500-dən çox aviareys əlverişsiz hava şəraiti səbəbiylə ləğv edilib

ABŞ-da 2500-dən çox aviareys əlverişsiz hava şəraiti səbəbiylə ləğv edilib
09:47 29 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ-da güclü çovğun 2500-dən çox aviareysin ləğv edilməsinə, 4500-dən çoxunun isə təxirə salınmasına səbəb olub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Çikaqo, Dallas, Hyuston və Texas hava limanlarında uçuşlar ləğv edilib. Çikaqonun "Miduey" beynəlxalq aeroportunda 1300-dən çox uçuş ləğv edilib ki, bu da hava limanının gündəlik uçuş cədvəlinin yarısını təşkil edir.
Xatırladaq ki, güclü çovğun bazar günündən ABŞ-ı cənginə alıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-da-2500-den-cox-aviareys-elverissiz-hava-seraiti-sebebiyle-legv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR