Mərkəzi Bank: Populist çağırışlar maliyyə vəziyyətini pisləşdirər

Mərkəzi Bank: Populist çağırışlar maliyyə vəziyyətini pisləşdirər
10:06 29 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bank “Naxçıvanbank” kredit borclarını dolların köhnə məznnəsi ilə alması məsələsinə aydınlıq gətirib. Bankdan ANS PRESS-ə verilən məlumata görə, Mətbuatda gedən informasiyaya əsasən “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının 25 dekabr 2015-ci il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-yə 21 dekabr tarixə ABŞ dolları ilə borcu olan fiziki şəxslərin əsas və faiz borclarının alınması 1,05 AZN/USD məzənnəsinə uyğun olaraq aparılacağı bildirilib.

"Kiçik bank olan “Naxçıvanbank” ASC üzrə xarici valyutada kredit portfeli cəmi 934 min ABŞ dollardır və 370 nəfəri əhatə edir.
Kreditlərin 1,05 AZN/USD məzənnəsi ilə qaytarılması nəticəsində yaranacaq 420 min manat zərər böyük vəsait olmadığı üçün “Naxçıvanbank” ASC tərəfindən öz vəsaitləri hesabına qarşılanacağı mümkün görünür".

Bildirilib ki, ölkə miqyasında isə kredit təşkilatları tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərin həcmi 2 mlrd. dollar təşkil edir.

"Lakin bir sıra kütləvi informasiya vasitələrində eyni addımın bankların vəsaitləri hesabına ölkə miqyasında da atılması üzrə populist çağırışlar bankların maliyyə vəziyyətini pisləşdirə və ilk növbədə əhalinin əmanətləri üçün təhlükə yaradardı", - deyə AMB-nin açıqlamasında bildirilir.

Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev də bu təcrübəni qalan banklara tətbiq etməyin mümkün olmadığını deyir: "Naxçıvan Muxtar Respublikasında cəmi bir bank - "Naxçıvanbank" fəaliyyət göstərir, onun xarici valyutada kreditləri üzrə portfeli cəmi 800 min dollar təşkil edir. Belə yanaşmanı bütün ölkə ərazisində tətbiq etmək sadəcə mümkün deyil".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR