Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı həbs edilib

Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı həbs edilib

Date: 29 December 2015 10:07

Bakı. 29 dekabr. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları federal axtarışda olan 35 yaşlı Azərbaycan vətəndaşını həbs edib.
"Report" Rusiya DİN-in rəsmi saytına istina xəbər verir ki, adı açıqlanmayan azərbaycanlı ağır və xüsusilə ağır cinayətlər törətdiyinə görə axtarışda olub.
Həbs Smolensk əyalətində dövlət sərhədini keçid zamanı baş verib. Azərbaycan vətəndaşı qatarla Rusiya ərazisinə daxil olmağa çalışıb, özü də yoxlanış zamanı saxta sənədlər təqdim edib.
Saxta sənədlərdən istifadə faktı ilə bağlı materiallar Rusiya DİN-in tərkibindəki nəqliyyat polisinə göndərilib.

Tags:  Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı həbs edilib

RƏYLƏR


Top news