“Qəbələ” klubu UEFA Avropa Liqası yarışlarının finalçısı ilə qarşılaşacaq

“Qəbələ” klubu UEFA Avropa Liqası yarışlarının finalçısı ilə qarşılaşacaq
10:13 29 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
“Qəbələ” futbol klubunun qış hazırlığı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər müəyyənləşib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Topaz Premyer Liqasının 2015-2016-cı il mövsümünün ilk yarısından sonra istirahətə buraxılan “qırmızı-qaralar” yanvarın 10-da start götürəcək Türkiyə təlim-məşq toplanışında 3 matç keçirəcək. Yanvarın 27-dək davam edəcək hazırlıqlardakı ilk rəqib “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma yanvarın 16-da təşkil olunacaq. Dörd gün sonra “Qəbələ” ikinci yoxlama oyununa çıxacaq. Roman Qriqorçukun yetirmələri İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də keçiriləcək son yoxlama matçında komandamız UEFA Avropa Liqasının ötən mövsümünün finalçısı “Dnepr”lə görüşəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebele_klubu_UEFA_Avropa_Liqasi_yarislarinin_finalchisi_ile_qarsilasacaq-915175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR