Azərbaycanlı bacılar "O səs Türkiyə"də (VİDEO)

Azərbaycanlı bacılar "O səs Türkiyə"də (VİDEO)
10:16 29 Dekabr 2015
148 Şou
Ölkə mətbuatı
A- A+

Daha bir həmyerlimi - Flora və Ofeliya Kərimova bacıları "O səs Türkiyə”də iştirak ediblər.

ANS PRESS-in məlumatına görə, bacılar Türkiyənin məşhur müğənnisi Sertap Erenerin repertuarından "Bu böyle" mahnısını ifa ediblər.

Flora və Ofelya uşaqlıqdan atasız böyüdüklərini bildirib, bir-birinə çox bənzəsələr də əkiz olmadıqlarını deyiblər. Həmyerlilərimiz ifaları ilə Ebru Gündeşi döndərə biliblər. Tək o, döndüyü üçün Flora və Ofeliya Ebrunun komandasına qatılıb.


Flora və Ofeliya Kərimovun "O Səs Türkiyə"dəki ifası

Əlavə edək ki, Flora və Ofeliya Kərimova "Şarm" qrupunun üzvləridir.

Azərbaycandan olan ifaçılar "O səs Türkiyə" yarışmasında kifayət qədər böyük maraq göstəririlər. Hətta yarışmanın ötən mövsümünün qalibi Azərbaycan müğənnisi olan Elnur Hüseynov olub. O, Ebru Gündəşin komandasında mübarizə aparıb və ötən mövsümün qalibi olub.


Elnur Hüseynovun "O Səs Türkiyə"dəki ifası

2013-cü ildə "O Səs Türkiyə"də azərbaycanlı əkiz bacılar Sevil və Sevinc çıxış edib.

Azərbaycanlı əkiz bacıların seçimi Ebru Gündəş olub.


Sevil və Sevincin "O Səs Türkiyə"dəki ifası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368390

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR