BANM-nin gənc müəllimi: Daim yenilik və inkişaf axtarışında olmalıyam

BANM-nin gənc müəllimi: Daim yenilik və inkişaf axtarışında olmalıyam
10:38 29 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

BANM-in müəllimi: "Məzunlarımız doğma Ali Məktəbimizi daima xatirələrində yaşatsınlar" (05 Aprel 2017 11:17)

Bakı. Trend:

Zərgərova Sevda Hüseyn qızı 1987-ci ildə Bakıda anadan olub. 2004-cü ildə Bakıda Fizika-riyaziyyat və informatika təmayüllü liseyi bitirib. Həmin il TQDK-nın keçirdiyi ali məktəblərə qəbul imtahanında 666 bal toplayaraq Qafqaz Universitetinə daxil olub və Prezident təqaüdçüsü adına layiq görülüb. 2004-2005-ci tədris ilində Qafqaz Universitetində təhsil aldıqdan sonra Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetinin “Kimya mühəndisliyi” fakültəsinə daxil olub. 2010-cu ildə fərqlənmə diplomu ilə həmin ali təhsil müəssisəsinin məzunu olub və elə həmin il də Türkiyədə Hacettepe Universitetinin “Kimya mühəndisliyi” fakültəsinin magistratura pilləsinə daxil olub. 2013-cü ildə təhsilini müvəffəqiyyətlə başa çatdıraraq Vətənə dönüb. Sevda Zərgərova 2013-cü ilin oktyabr ayında Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. O, həmçinin 2014-cü ildən Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neft kimyası” ixtisası üzrə dissertantıdır. Hal-hazırda BANM-ın “Kimya mühəndisliyi” kafedrasında baş müəllim vəzifəsində çalışır.

- Kimyaya marağınız hardan yaranıb? İxtisasınız üzrə xaricdə təhsil almaq fikrinə necə gəldiniz?

- Texniki fənnlərin hamısına hər zaman böyük marağım olub. Təbiət elmlərindən olan kimyaya qarşı isə marağım xüsusi olub. Anam orta məktəbdə kimya müəllimidir. Ona görə də, bizə “Kimya”nın sadəcə texniki bir fənn olaraq deyil, eyni zamanda tədbiqi sahələrini də öyrədib. Gündəlik həyatımızda gördüyümüz hadisələrin kimyəvi tərəflərini bizlərə göstərir, elmi mənalarını izah edərdi. Bu da mənə həmişə maraqlı gələrdi. Əslində xaricdə təhsil almaq fikri mənim üçün gözlənilməz oldu. Orta məktəb illərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Riyaziyyat” fənni üzrə keçirdiyi şəhər və respublika fənn olimpiadalarında iştirak etmişdim və respublika üzrə 2-ci və 3-cü dərəcələrə sahib idim. Yüksək nəticələrimə görə, BP şirkəti tərəfindən təşkil olunan imtahana dəvət olundum. İmtahandan qazandığım yüksək nəticəyə əsasən, BP şirkətinin təqaüdünə layiq görüldüm və eyni zamanda, təhsilimi xaricdə davam etdirmək imkanı əldə etdim. Təhsilimi başladığım andan etibarən verdiyim qərarın doğruluğundan əmin oldum. İxtisasımın dərinliklərinə yiyələndikcə, Azərbaycanda “Kimya mühəndisliyi” ixtisasının yaradılmasının vacibliyini dərk etdim.

- Sizin fikrinizcə, xaricdə təhsil almağın hansı müsbət cəhətləri və ya fərqləri var?

- Xaricdə təhsilin əsas müsbət tərəflərindən biri ondan ibarətdir ki, Vətəndən uzaq olduğumuz müddətdə “Vətən” sözünün mənasını daha dərindən dərk etmək mümkündür. Bu zaman ərzində Vətənə olan sevgimizi və ona qarşı borclarımızı, məsuliyyətimizi görə bilirik. Vətəndən, ailədən, doğma insanlardan məsafəcə uzaqlıq əslində mənəvi olaraq onlara yaxınlıq yaradır. Xaricdə təhsilin digər müsbət xüsusiyyəti odur ki, öz hüquqlarımızı və öhdəliklərimizi daha yaxşı anlayırıq. Başqa millətlərin qarşısında Azərbaycanın gəncliyinin təmsilçilərinə çevrilirik. Nəticə olaraq, qısa bir zamanda müstəqil şəxs kimi formalaşma yaranır. Başqa müsbət xüsusiyyət isə, beynəlmiləl tələbələrlə təmasda olduqca fərqli mədəniyyətlər, fərqli insanlarla ünsiyyətdir.

- İlk işinizə harda başlamısız və ilk əməkhaqqınızı xatırlayırsızmı?

- İlk dəfə BP şirkətində 2008-ci ildə 2 aylıq yay təcrübəsi keçdim. İlk maaşımı da həmin şirkətdə almışdım. Təbii ki, ilk maaşımın məbləğini xatırlayıram, amma sirr olaraq qalmasını istərdim. Sadəcə çox bərəkətli olduğunu vurğulaya bilərəm. Mənim üçün tədris zamanı aldığım təqaüdlər daha çox qürurverici idi. Tədris illərimdə dörd təqaüd almışam- Prezident təqaüdü, BP şirkətinin təqaüdü, Qafqaz Universitetinin təqaüdü və Türkiyə Respublikasının Başbakanlık təqaüdü. Bu günə kimi də hamısı ilə fəxr edirəm.

- Bəs Bakı Ali Neft Məktəbində fəaliyyətə başlamanız necə oldu?

- Təhsilimi bitirdikdən sonra, 2013-cü ildə Azərbaycana geri qayıtdım və iş axtarmağa başladım. Azərbaycanda yeni tədris ocağı olan BANM-in fəaliyyət göstərməyə başladığını eşidincə birbaşa sənədlərimi təqdim etməyi qərara aldım. Təhsil ocağının müasir təhsil metodlarından, elektron tədrisdən istifadə etməsi mənim üçün çox cəlbedici oldu. Eyni zamanda, təhsilin ingilis dilində olması mənim üçün üstünlük yaratdı. Təhsilimi ingilis dilində aldığım üçün fəaliyyətimi də ingilis dilində davam etdirmək istəyirdim.
Qısa bir müddətdən sonra Ali Məktəbin rektoru Elmar Qasımov tərəfindən dəvət aldım və “Kimya mühəndisliyi” kafedrasında müəllim vəzifəsində fəaliyyətə başladım. Hal-hazırda 2 ildən artıqdır ki, BANM-də fəaliyyət göstərirəm.

- Bir gənc müəllim olaraq gənclərlə və professor-müəllim heyəti ilə işləməyin məsuliyyəti nədən ibarətdir?

- Bir gənc olaraq ali təhsil ocağında işləmək həm çox maraqlı, həm də çox məsulliyətlidir. Təcrübəli professor-müəllim heyəti ilə birlikdə çalışdıqca müəllimlik peşəsinin sirlərini mükəmməl şəkildə dərk edəcəyimi düşünürəm. İstər “Kimya mühəndisliyi” kafedrasının, istər də digər kafedraların təcrübəli müəllimləri tərəfindən verilən tövsiyələrə əməl etməyə, onların təcrübələrindən yararlanmağa çalışıram. Eyni zamanda, gənc müəllim olaraq gənclərlə birlikdə çalışmaq çox maraqlıdır. Bir gənc kimi gənclərin dinamikasına, sürətlərinə yetişmək mənim üçün daha rahatdır. Yüksək potensiala, biliklərə malik tələbələrlə işləyərkən daim yenilik və inkişaf axtarışında olmalıyam.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

27 Aprel 2017 07:18

Hindistanda silahlılar hərbi düşərgəyə hücum edib: ölənlər var

27 Aprel 2017 07:12

Qəbilə ilə polis arasında qarşıdurma: Polisə oxla cavab verdilər

27 Aprel 2017 07:04

"Bavariya" daha bir tituldan əlini üzdü - VİDEO

27 Aprel 2017 06:43

XİN rəhbəri: "Biz Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edirik"

27 Aprel 2017 06:32

Nəhəng daş kimi ibadətgah - FOTO

27 Aprel 2017 06:32

Zaxarova: “Trampa şans verin”

27 Aprel 2017 06:04

Bakıda avtomobil 37 yaşlı kişini vurub

27 Aprel 2017 06:02

İran sərhədində silahlı toqquşma: 8 ölü, 4 yaralı

27 Aprel 2017 05:48

Rusiyada zəlzələ oldu

27 Aprel 2017 05:33

"Just Cavalli"dən yeni kolleksiya - FOTO

27 Aprel 2017 05:32

“Qalatasaray”ın futbolçusu qəza törətdi

27 Aprel 2017 05:19

Rusiyada zəlzələ olub

27 Aprel 2017 05:12

"Real" "Deportivo"nu darmadağın etdi - VİDEO

27 Aprel 2017 04:53

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

27 Aprel 2017 04:37

FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yaydı

27 Aprel 2017 04:34

Məşhur aktyor jurnal üçün çəkildi - FOTO

27 Aprel 2017 04:32

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

27 Aprel 2017 04:29

9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel 2017 04:03

Məcburi köçkünlərə görə

27 Aprel 2017 03:35

Köhnə kənd evi otel oldu - FOTO

27 Aprel 2017 03:32

Məşhur rejissor vəfat etdi

27 Aprel 2017 03:24

35 yaşlı futbolçu məşq zamanı öldü

27 Aprel 2017 03:23

Nigeriyada neft oğurluğunda şübhəli bilinən 10 nəfər saxlanılıb

27 Aprel 2017 03:22

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanıldı

27 Aprel 2017 03:13

Astroloji proqnoz - 27 aprel

27 Aprel 2017 02:58

Almaniya kubokunda finalçılar bəlli oldu

27 Aprel 2017 02:39

Çinidən metal bankalar - FOTO

27 Aprel 2017 02:32

İspaniya La Liqası: "Real" "Deportivo"nu böyük hesabla məğlub edib

27 Aprel 2017 02:27

Tramp-Putin görüşünə dair xəbər yalan çıxdı

27 Aprel 2017 02:24

"Real" 3 xalı darmadağınla qazandı

27 Aprel 2017 02:22

Bu şəhərlərin küçələri dadlı yeməklərlə aşıb-daşır - FOTO

27 Aprel 2017 02:03

Apteklərdə adı və tərkibi eyni olan dərmanlar niyə fərqli qiymətə satılır? -

27 Aprel 2017 01:56

Türkiyədə 9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel 2017 01:49

Fransa kuboku: PSJ "Monako"nu darmadağın edərək finala çıxıb

27 Aprel 2017 01:47

Fərqli küçə rəssamı - FOTO

27 Aprel 2017 01:32

Rusiyadan kritik Astana açıqlaması -

27 Aprel 2017 01:31

Lənkəranda ağır qəza:

27 Aprel 2017 01:20

Rusiya mətbuatı Putinlə Trampın ilk görüşü barədə xəbər yayıb

27 Aprel 2017 01:17

35 yaşlı futbolçu məşqdə öldü

27 Aprel 2017 01:04

Limonla tonqal qaladı - FOTO/VİDEO

27 Aprel 2017 01:03

Hadisə hicaba büründü -

27 Aprel 2017 00:58

Suriyada qətliam davam edir:

27 Aprel 2017 00:23

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

27 Aprel 2017 00:22

Suriyanın bir neçə şəhəri terrorçular tərəfindən atəşə tutulub: ölən və yaralananlar var

27 Aprel 2017 00:07

Günün qoroskopu: qəm yeməyin, kimsə gələr, kimsə də gedər

27 Aprel 2017 00:05

"Barselona"dan 7 qol!

26 Aprel 2017 23:57

"Qalatasaray"ın futbolçusu qəza törətdi

26 Aprel 2017 23:57

Futbolda növbəti YENİLİK:

26 Aprel 2017 23:56

"İspaniya çempionatında sürpriz nəticələr olacaq"

26 Aprel 2017 23:47