Böhran o ölkəni də vurdu: benzin qiymətləri 50 faiz bahalaşdı

Böhran o ölkəni də vurdu: benzin qiymətləri 50 faiz bahalaşdı
10:44 29 Dekabr 2015
195 Dünya
Ölkə mətbuatı
A- A+

Qərar dekabrın 30-dan qüvvəyə minəcək

Səudiyyə Ərəbistanında neft və neft məhsullarının qiymətinin 50 faiz artırılmasına qərar verilib. Lent.az “Cihan” informasiya agentliyinə istinadən xəbər verir ki, dünyada ən böyük xam neft ixracatçılarından olan Səudiyyə Ərəbistanında neft məhsullarının qiymətlərinin qəfil artırılması ilə bağlı qərar Kral Salmanın rəhbərliyi ilə nazirlərin toplantısında verilib.

 

Qərar dekabrın 30-dan qüvvəyə minəcək və bütün növ neft mənşəli yanacaqlara eləcə də sürtgü yağları və digər məhsullar yarıbayarı bahalaşacaq.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 91 oktanlı benzin 0,45 rialdan 0,75 rialadək (təxminən 25 qəpik) bahalaşıb. 95 oktanlı benzin isə 0,90 rial (təxminən 30 qəpik) olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR