Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli Parkda atəşfəşanlıq olacaq

Milli Parkda atəşfəşanlıq olacaq

Date: 29 December 2015 10:48

Bakı. Trend:

Milli Parkda atəşfəşanlıq tədbiri keçiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda dekabrın 31-də möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərin qonaqlarını qarşıdan gələn Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir və bu münasibətlə təşkil olunacaq möhtəşəm atəşfəşanlığı seyr etmək üçün 31 dekabr saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.

Bayramınız mübarək olsun!

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Milli Parkda atəşfəşanlıq olacaq

RƏYLƏR


Top news