Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ankarada “Karabağ hikayeleri”nin təqdimatı olub

Ankarada “Karabağ hikayeleri”nin təqdimatı olub

Date: 29 December 2015 10:49

 

Türkiyənin paytaxtı Ankarada millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub. Lent.az-ın məlumatına görə, tədbirlərdə Qənirə Paşayeva və İmdat Avşar kitabda əsas məqsədin Türkiyə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildiriblər. “Karabağ hikayeleri”nin imzalanmasına qatılıblar aydın, şair, yazar, gənclər bu kitabın çox önəmli olması barədə fikirlərini bölüşüblər.

 

Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan millət vəkili çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərilmədiyini deyib. “Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir”, deyən Q. Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. 

 

Millət vəkili təqdimat və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb, kitabın iyirminci əsrdə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliyamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirdiyini qeyd edib.

 

Qeyd edək ki, Türkiyənin “Kun” kitab evində çıxan “Karabağ hikayeleri” Q. Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görüb.

 









Tags:  Ankarada Karabağ hikayelerinin təqdimatı olub

RƏYLƏR


Top news