Milli Parkda atəşfəşanlıq olacaq

Milli Parkda atəşfəşanlıq olacaq
11:01 29 Dekabr 2015
25 Şou
Ölkə mətbuatı
A- A+

Milli Parkda atəşfəşanlıq tədbiri keçiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətindən Axşam.az-a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda dekabrın 31-də möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərin qonaqlarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir və bu münasibətlə təşkil olunacaq möhtəşəm atəşfəşanlığı seyr etmək üçün 31 dekabr saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.

Bayramınız mübarək olsun!


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR