Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
11:01 29 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbayacanda bu gün növbəti zəlzələ baş verib. Respublika Seysmologiya Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:17-də Mingəçevirdən 28 km cənubda, Yevlax rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3,2 olub, ocağı isə 32 kilometr dərinlikdə yerləşib.


Zəlzələ baş verən ərazi

Məlumat üçün bildirək ki, dekabr ayında 7 zəlzələ qeydə alınıb. Onlardan sonuncusu ötən gün Xəzər dənizində baş verib. Ümumilikdə bu təkanların əksəriyyəti dənizdə qeydə alınıb.

Dekabrın 18-də Şirvanda, 20-də isə Sabirabadda təkanlar baş verib.

Bunlardan ən güclüsü dekabrın 24-də Xəzərdə baş verib. Yerli vaxtla saat 02:39-də olan zəlzələnin maqnitudası 4,6 olub.

Xoşbəxtlikdən bu zəlzələlər zamanı hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368398

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR